Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyənin Qızıl Aypara Cəmiyyəti Qurban bayramı münasibətilə 4,5 milyon insana ət paylayacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Türkiyənin Qızıl Aypara Cəmiyyəti Qurban bayramı münasibətilə 4,5 milyon insana ət paylayacaq

Türkiyənin Qızıl Aypara Cəmiyyəti Qurban bayramı münasibətilə 4,5 milyon insana ət paylayacaq


Türkiyənin Qızıl Aypara Cəmiyyəti Qurban bayramı münasibətilə 51 ölkədə 4,5 milyon insana ət paylayacaq.

Bu barədə cəmiyyətin rəhbəri Kerem Kınık məlumat verib.

Məlumatda bildirilib ki, bu xeyriyyə tədbiri Qurban bayramı münasibətilə keçirilən “Hilal Olsun Türkiyə” kampaniyası çərçivəsində həyata keçiriləcək. Türkiyədə kəsiləcək qurbanlıqlar bişirilib qovurma halına salınaraq 800 qramlıq qablaşdırmalarda sahiblərinə çatdırılacaq.

Bu il ilk dəfə olaraq 5 və 10 kiloluq qablaşdırmalarda da ətlərin paylanması nəzərdə tutulub. Cəmiyyət bu il Qurban bayramı münasibətilə ölkə daxilində 130 ton ət paylamağı planlaşdırır.

Günel Məlikova

Geri dön