Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Kitabxanada Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Kitabxanada Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd edilib

Kitabxanada Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd edilib


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli filialında Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə əlaqədar tədbir təşkil edilib.

Baş İdarədən bildirilib ki, əvvəlcə Azərbaycan əlifbası və Azərbaycan dili günü haqqında məlumat verilib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin imzaladığı 9 avqust 2001-ci il tarixli Fərmanla hər il avqustun 1-nin ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edildiyini vurğulayıb.

Vurğulanıb ki, ölkəmizdə dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atıb və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər təsdiq edib.

Geri dön