Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Səhiyyə Nazirliyi kremli qənnadı məmulatlarının təhlükəsizlik göstəricilərini yoxlamağa başlayıb
Səhiyyə Nazirliyi kremli qənnadı məmulatlarının təhlükəsizlik göstəricilərini yoxlamağa başlayıb |
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ticarət obyektlərində satılan kremli qənnadı məmulatlarının təhlükəsizlik göstəricilərini yoxlamağa başlayıb. Bunu şənbə günü Mərkəzin Qidalanma bölməsinin müdiri İmran Abdullayev deyib.
Onun sözlərinə görə, hazırda bazarda insanların tələbatından daha çox qənnadı məmulatları satılır. Bu məmulatlar həm ölkədə istehsal edilir, həm də xaricdən gətirilir. Abdullayev qeyd edib ki, digər qənnadı məmulatları ilə müqayisədə kremli qənnadı məmulatlarının saxlanma müddəti daha az olur. Belə məmulatlarının zəhərlənmə riski daha çox olduğu üçün onların saxlanma rejiminə düzgün riayət edilməlidir. Mərkəz rəsmisi əlavə edib ki, artıq ticarət obyektlərində satılan süd məmulatlarının təhlükəsizlik göstəricilərini yoxlayıblar. Abdullayev bu yoxlamalar zamanı narahatedici faktların aşkarlanmadığını qeyd edib. "Yoxlama zamanı 104 nümunə götürülmüşdü. Yalnız bir xama nümunəsində bakteriya çöpləri aşkarlandı. Amma yenidən iki qat həcmdə götürülmüş nümunələrdə bakteriya çöpləri üzə çıxmadı", - o, əlavə edib. Geri dön |