Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > GÜNEY XƏBƏRLƏRİ
GÜNEY XƏBƏRLƏRİ |
"Abbas bəy Lisaninin harda saxlanıldığı bilinmir"
Tanınmış Güney azərbaycanlı fəal Cənab Abbas Lisani barədə nigaranlıqlara son qoyulmur. Son məlumata görə, onun harda saxlanıldığı bəlli deyil. Bu barədə Vəkil Nağı Mahmudi məlumat verib. O, cənab Lisaninin son vəziyyəti barədə belə deyib: “Abbas bəy Lisaninin harda saxlanıldığı barədə heç bir məlumat yoxdur. Lisani aclıq aksiyasını (etisab-i ğəza) dayandırdıqdan sonra öz ailəsi ilə 5 dəqiqəlik telefon əlaqəsi saxlayıb və bildirib ki, əgər başıma bir bəla gəlirsə bilin ki, aclıq aksiyasından deyil. Bu isə, işgəncələrin və münasibətlərin şiddətindən xəbər verir. O demək istəyib ki, vəziyyəti ağırdır və cismi-ruhi işgəncələr altında saxlanılır.” Qüdrətullah Yusifi azadlığa buraxılıb Urmu Gölü ilə bağlı keçirilən Kütləvi Etiraz Yürüşü zamanı tutuqlanan Güney azərbaycanlı milli-mədəni fəal Qüdrətullah Yusifi azadlığa buraxılıb. Sentyabrın 3-ü (şəhrivərin 12-i) Kütləvi Yürüşdə tutuqlanan Yusifi mülki vəsiqə qarşılığında azad edilib. O, bu oktyabrın 24-i Təbriz zindanından sərbəst buraxılıb. Xatırladaq ki, Qüdrətullah Yusifi zindanda, dosyesinə baxılmaması və qeyri-müəyyən vəziyyəti ilə bağlı aclıq aksiyasi keçirmişdir. Daha bir neçə “Traxtur” tərəfdarı həbs edilib Təbrizin səhənd stadionunda “Traxtu”la “Saypa” futbol komandaları arasında keçirilən müsabiqədə bir neçə nəfər həbs edilib. Oktyabrın 21-də keçirilən müsabiqə zamanı tutulanların əksəriyyətinin yaşı 15-dən azdır. Məlumata görə, tutulanlar keçən 6-cı gün (şənbə günü) nəzərdə tutulan etiraz yürüşü ilə bağlı bildiri yayıb və özləri ilə daşıdıqlarına görə tutulublar. Həbs edilənlər yaxalanarkən təhlükəsizlik qüvvələri tərəfindən döyülüb. Tutuqlananların bir neçəsinin kimliyi bunlardan ibarətdir: - Fərzad Kazimi İsfəncani - Behnam Sasani İsfəncani - Qurban ... - Seyid Rəzəvi - Vəhid Xeyri “Traxtur” müsabiqəsində tutuqlanan gənc, işgəncələrdən aldığı xəsarətlərə görə xəstəxanaya aparılıb Oktyabrın 21- Təbrizin səhənd stadionunda (stadyom) “Traxtur”la “Saypa” futbol komandaları arasında keçirilən müsabiqədə bir neçə gənc soydaşımız tutulanıb. Urmu Gölü ilə bağlı deyilən şüarlar və əllərində bulunan Bildirilərə görə Təhlükəsizlik qüvvələri tərəfindən döyülətək tutulanlardan biridə Fərzad Kazimidir. Fərzad Kaziminin 15 yaşı var. Təhlükəsizlik qüvvələri onu dörəyək yaxalayıb və Saib xiyabanındakı təcridxanaya aparıblar. məlumata görə, adını çəkdiyimiz azərbaycanlı fəal təcridxanada ağır işgəncə edilib. O, işgəncələrdən aldığı xəsarətlərə görə, xəstəxanaya (bimaristana) yerləşdirilib. İRAN RƏSMİSİ BBC və “AMERİKANIN SƏSİ” İLƏ ƏMƏKDAŞLIĞIN QADAĞAN OLUNDUĞUNU DEYİR Oktyabrın 23-də jurnalistlərə açıqlama verən İran hüquq mühafizə qüvvələrinin komandanı İsmayıl Əhmədi Müqəddəm bu ölkədə BBC və “Amerikanın səsi” teleradioları ilə əməkdaşlığın qadağan olduğunu bildirib. , İsmayıl Əhmədi Müqəddəm deyib ki, peyk antenləri vasitəsilə yayılan şəbəkələrdə fəaliyyət göstərmək istəyənlər İranın İrşad və Mədəniyyət Nazirliyindən icazə almalıdır: “BBC və “Amerikanın səsi” şəbəkələri isə ABŞ təhlükəsizlik orqanlarının qolları kimi fəaliyyət göstərir. Bu şəbəkələrlə əməkdaşlıq media ilə əməkdaşlıq yox, düşmənin təhlükəsizlik xidmətləri ilə əməkdaşlıq deməkdir. ETTELAAT bu şəbəkələrlə hər hansı əməkdaşlığı nəzarətdə saxlayır, lazım olsa, ciddi tədbir görəcək”. Sentyabrın 17-si və 18-də BBC-nin farsdilli televiziyası ilə gizli əməkdaşlıqda, ona sənədli film çəkməkdə günahlandırılan 8 iranlı kinorejissor - Möhsün Şəhrnazdar, Şəhnam Bazdar, Mehran Zinətbəxş, Muctaba Mir Təhmasib, Hadi Afəridə, Kətayun Şəhabi, Mehrdad Zahediyan və Nasir Səfariyan tutulmuşdu. Oktyabrın 5-də jurnalistlərə açıqlama verən BBC şirkətinin xəbər xidmətinin rəhbəri Piter Horroks şirkətin farsdilli radio və televiziyasında çalışan 10 iranlının ailə üzvlərinə təzyiq edildiyini demişdi: “İran polisi həmin şəxslərin ailə üzvlərini təhdid edib, dindirib, əzab-əziyyətə məruz qoyub. 10 işçimizin ailə üzvlərinin pasportlarını əllərindən alıb, evlərində axtarış aparıblar, özlərini də qorxudurlar. Onlara təzyiq göstərərək deyiblər ki, ya BBC-də çalışan yaxınlarınız bir də kamera qarşısına çıxmasın, İrana qayıtsınlar, ya da BBC-nin fəaliyyəti haqqında gizli şəkildə məlumat toplayaraq İran rəsmilərinə ötürsünlər”. ZƏLZƏLƏ GÜNEY AZƏRBAYCANDA DA HİSS OLUNUB. QƏRBİ AZƏRBAYCAN ƏYALƏTİNDƏ 100 KƏND ZİYAN ÇƏKİB Oktyabrın 23-də Türkiyənin Van şəhərində baş vermiş güclü zəlzələ İranın Qərbi Azərbaycan əyalətində də dağıntılara səbəb olub. İran parlamentinin Xoy və Çaldıran şəhərlərindən seçilmiş deputatı Müvəyyid Hüseyni oktyabrın 24-də jurnalistlərə açıqlamasında əyalətin Türkiyə sərhədinə yaxın bölgələrində qeydə alınmış 6,5 bal gücündə zəlzələ haqda belə deyib: “100-ə yaxın kənd ciddi ziyan görüb. Ancaq ölənlərin və yaralıların sayı o qədər də çox deyil”. Son məlumatlara görə, Türkiyədə 7,2 bal gücündə zəlzələdə ölənlərin sayı 220 nəfərə çatıb. Geri dön |