Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hindistanda sel və daşqınlar nəticəsində ölənlərin sayı 95-ə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Hindistanda sel və daşqınlar nəticəsində ölənlərin sayı 95-ə çatıb

Hindistanda sel və daşqınlar nəticəsində ölənlərin sayı 95-ə çatıb


Hindistanın Karnataka, Kerala və Maharaştra ştatlarında da sel və daşqınlar nəticəsində ölənlərin sayı 95-ə çatıb. Reuters agentliyi xəbər verir ki, yüzlərlə ev və obyektlər su altında qalıb və ya torpaq sürüşməsi nəticəsində dağılıb.

Kerala əyalətində 42 nəfər ölüb, 100 min sakin isə təxliyə edilib. Bu ştatda musson yağışlarının davam etməsi səbəbindən Vayanad rayonunda Banasuraqasar bəndinin açılması planlaşdırılır. Bölgədə fövqəladə vəziyyət elan edilib. Qeyd olunub ki, ötən il də bu ştatda baş vermiş sel və daşqınlar nəticəsində 200-dən çox insan həyatını itirmişdi.

Qonşu Karnataka ştatında 24 nəfər ölüb və rəsmilərin məlumatına görə, son 45 ilin ən şiddətli yağışları 1,024 kəndi su altında qoyub. Bu əyalətdə 200 min insan təhlükəsiz yerlərə təxliyə edilib.

Maharaştra ştatının 30 rayonundan 16-sında sel və daşqınlar ciddi fəsadlara səbəb olub. Hindistanın maliyyə mərkəzi Mumbayın da yerləşdiyi bu əyalətdə 29 nəfər həyatını itirib, 235 min sakin 624 düşərgəyə köçürülüb.

Geri dön