Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiyalı tədqiqatçı Azərbaycanın neolit dövrünə aid obsidian alətlərini araşdırır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Yaponiyalı tədqiqatçı Azərbaycanın neolit dövrünə aid obsidian alətlərini araşdırır

Yaponiyalı tədqiqatçı Azərbaycanın neolit dövrünə aid obsidian alətlərini araşdırır


Tokio (Yaponiya) Universitetinin daş emalı texnologiyası (lithic technology) üzrə ixtisaslaşmış tədqiqatçısı Fumika İkeyama AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji Fondunda saxlanılan Azərbaycanın neolit dövrü məskənlərində aşkar edilmiş obsidiandan (dəvəgözü, maqmatik dağ suxuru, vulkanik şüşənin bir növü) hazırlanmış çoxsaylı alətlərin trassoloji analizini aparmışdır.

Tədqiqata əsasən Göytəpə, Hacıələmxanlı və Damcılı abidələrindən tapılmış materiallar cəlb edilmişdir. Tədqiqatın əsas məqsədi Azərbaycan ərazisində neolit dövründə yaşamış qədim əhali tərəfindən daş alətlərin (kəsicilər və qaşovlar) hazırlanma texnologiyasının öyrənilməsi, istər Cənubi Qafqaz, istərsə də Ön Asiya ərazisində neolit daş emalı texnologiyalarının oxşar və fərqli cəhətlərinin aşkar edilməsidir.

Yaponiyalı tədqiqatçıya elmi araşdırmalarda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi əməkdaşı Əjdər Babazadə yardım etməkdədir.

Qeyd edək ki, yaponiyalı tədqiqatçı F.İkeyama bu ilin iyul-avqust aylarında Avey dağının şərq ətəyində yerləşən Damcılı düşərgəsində tədqiqatlar aparan Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının iştirakçılarından biri olmuşdu.

Geri dön