Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məhkəmə Atambayevin saxlanılması ilə bağlı şikayətə baxılmasını təxirə salıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Məhkəmə Atambayevin saxlanılması ilə bağlı şikayətə baxılmasını təxirə salıb

Məhkəmə Atambayevin saxlanılması ilə bağlı şikayətə baxılmasını təxirə salıb


Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinin Pervomayski rayon məhkəməsi ölkənin sabiq prezident Almazbek Atambayevin saxlanılmasının qanuniliyi məsələsinə baxılmasını avqustun 20-nə təxirə salmağa qərar verib.

Məhkəmədən bunu müstəntiqin məşğul olması ilə əlaqələndiriblər.

Keçmiş dövlət başçısının vəkili Sergey Slesarevin sözlərinə görə, Atambayevin saxlanması qanunsuzdur, çünki qanunvericiliyə əsasən, respublikanın keçmiş rəhbərlərinin toxunulmazlıq hüququ var. Vəkil hesab edir ki, Atambayevin toxunulmazlığının və eks-prezident statusundan məhrum edilməsinə dair parlamentin iyunun sonunda qəbul etdiyi qətnamə Konstitusiyaya ziddir.

Xatırladaq ki, A.Atambayev avqustun 8-də Çuy vilayətinin Koy-Taş kəndindəki iqamətgahında saxlanılıb. Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov A.Atambayevin təhlükəsizlik qüvvələrinə silahlı müqavimət göstərərək Konstitusiyanı pozduğunu söyləyib.

Məhkəmə sabiq prezidentin azı avqustun 26-dək həbs olunmasına dair qərar qəbul edib.

Geri dön