Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Niderland səfiri: "Yermakovun Qafqazla bağlı fotoları tarixi əhəmiyyətə malikdir"
Niderland səfiri: "Yermakovun Qafqazla bağlı fotoları tarixi əhəmiyyətə malikdir" |
“Dmitri Yermakovun Qafqazla bağlı fotoları ötən dövrün insanlarını, həyat tərzini, yaşadıqları mühiti əks etdirdiyinə görə şübhəsiz ki, tarixi əhəmiyyətə malikdir”.
Bunu Niderland Krallığnın Azərbaycandakı səfiri Onno Kervers rusiyalı fotorəssam Dmitri Yermakovun Bakıda keçirilən sərgisi barədə danışarkən bildirib. Qeyd edək ki, Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarət “Tarixin şah əsərləri” adlı sərgi keçirilir. 300-dək eksponatın nümayiş olunduğu ekspozisiyada üç bölmə üzrə - Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim Azərbaycan incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən məişət əşyaları və rəsm əsərlərinin kolleksiyası və rus fotoqraf Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər nümayiş olunur. “O dövr keçmişdə qalsa da, həmin əyani sənədlər Qafqazda yaşayan insanların, toplumların mədəni kimliyini dolğun əks etdirdiyinə görə bizdə həmin dövr haqqında əyani təəssürat yaradır”, – səfir deyib. O, regionun mədəni mirasını qoruyub saxlamaq baxımdan bu kimi sərgilərin çox mühüm olduğunu söyləyib. Xatırladaq ki, D.Yermakovun Azərbaycanın müxtəlif şəhərlərindən görüntüləri əks etdirən 100-dən çox fotosundan ibarət sərgisi 2010-cu ildə Niderlandın Azərbaycandakı səfirliyinin rəsmi açılışı çərçivəsində də keçirilmişdi. Həmçinin foto həvəskarı olan səfir O.Kervers də fürsət düşdükcə Bakının, başqa şəhər və bölgələrin mənzərələrini çəkməyi xoşlayır. “Keçmişin yadigarı olan köhnə qəzet, kitab, məktub, foto kimi nümunələr ölkənin, regionun tarixi mirasını qoruyub saxlamağa kömək edir. Bu gün mədəni mirasımızın istər maddi hissəsini, məsələn, binalar və memarlıq əsərlərini, istərsə də musiqi, adət-ənənələr kimi qeyri-maddi hissəsini çox ehtiyatla, diqqətlə qorumalıyıq” – diplomat vurğulayıb. Səfir rusiyalı foto ustasının İçərişəhərə, yaxud XIX əsr neft buruqlarına dair çəkdiyi xeyli sayda fotoların bu gün də fotoqraflar və həvəskarlar tərəfindən böyük maraqla qarşılandığını qeyd edib: “Bu gün də Bakıda təkcə İçərişəhər yox, həm də məsələn, “Sovetski”, yaxud Sabunçu kimi bir çox yerlər insanı özünə cəlb edir. Şəxsən mənim üçün Suraxanıdakı köhnə neft mədənləri, “Qaraşəhər”dən qalan hissələr kimi sənaye mirasını özündə yaşadan məkanlar olduqca maraqlıdır”. O.Kervers müasir Bakının özünəməxsus cəhətlərini qeyd edib: “Müasir memarlıq da füsunkardır, məşhur memar Zəha Hədid tərəfindən ərsəyə gətirilən Heydər Əliyev Mərkəzi kimi məkanlar da fotoqrafı əsla darıxdırmaz. Bütövlükdə, Bakını fotoqraflar üçün maraqlı edən cəhət məhz fərqləridir. Özü də təkcə köhnə və yeni memarlıq arasında yox, insanları arasındakı fərqlər də. Buranın insanları arasında müasir olanlar da var, köhnə ruhlular da, amma hamısı öz doğma şəhərləri ilə fəxr edir...” Geri dön |