Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səmərqənddə keçirilən “Şərq təranələri” XII Beynəlxalq Musiqi Festivalında Azərbaycan da təmsil olunur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Səmərqənddə keçirilən “Şərq təranələri” XII Beynəlxalq Musiqi Festivalında Azərbaycan da təmsil olunur

Səmərqənddə keçirilən “Şərq təranələri” XII Beynəlxalq Musiqi Festivalında Azərbaycan da təmsil olunur


Avqustun 26-da Səmərqənd şəhərində “Şərq təranələri” XII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib.

Musiqi bayramında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, UNESKO-nun Baş direktoru Odri Azule, MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev, Rusiya Prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri Vladimir Tolstoy, bir sıra ölkələrin Mədəniyyət nazirləri və digər yüksək səviyyəli qonaqlar, Özbəkistan hökumətinin və parlamentin üzvləri, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin birinci katibi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da açılış mərasimində iştirak ediblər.

Dünyanın 75 ölkəsindən 340 ifaçının qatıldığı bu festivalda ölkəmizi gənc ifaçı Pərviz Qasımov təmsil edir. Onu Əməkdar artist Malik Mansurov (tar), Əməkdar artist Elşən Mansurov (kamança) və Ramin Abdullayev (nağara) müşayiət edəcəklər.

Musiqi bayramını Özbəkistan Prezidenti Şavkat Mirziyoyev açaraq iştirakçıları və ifaçıları təbrik edib, onlara uğurlar arzulayıb. Dövlət başçısı bildirib ki, festivalın populyarlığı ildən-ilə artır. Belə ki, birinci festivalda 30 ölkə iştirak etmişdisə, bu festivalda 75 ölkə təmsil olunur.

UNESKO-nun Baş direktoru Odri Azule xalqlar arasında etimadın möhkəmlənməsində “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının böyük rolu olduğunu vurğulayıb.

Qeyd edək ki, Azərbaycan müntəzəm olaraq bu nüfuzlu musiqi festivalında layiqli yerlər tutur.

1997-ci ildə Səmərqənddə keçirilən birinci festivalda Azərbaycanın Xalq artisti Simarə İmanova Qran-Pri mükafatına layiq görülüb. XI Festivalda isə Əməkdar artist, tarzən Sahib Paşazadə Qran-Prini ikinci dəfə Azərbaycana aparıb.

Ayrı-ayrı vaxtlarda tanınmış xanəndə Alim Qasımov, həmçinin Aygün Bəylər, Qoçaq Əsgərov festivalda birinci, Zabit Nəbizadə isə ikinci yerləri tutublar. (AZƏRTAC)

Geri dön