Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Özəl xəbər, Fərəc Quliyev > MDHP sədri, Millət Vəkili Fərəc Quliyevin "ÜÇ NÖQTƏ" qəzetinə 25.08.2012-ci il tarixli MÜSAHİBƏSİ
MDHP sədri, Millət Vəkili Fərəc Quliyevin "ÜÇ NÖQTƏ" qəzetinə 25.08.2012-ci il tarixli MÜSAHİBƏSİ |
“AZƏRBAYCAN İRANA QARŞI SANKSİYALARA QOŞULMALIDIR”
Milli Dirçəliş Harəkatı Partiyasının (MDHP) sadri, Millət Vəkili Fərəc Quliyev Iranın dini lideri Ayətullah Xameneyinin Azərbaycanda terror planlaşdırması barədə yayılan məlumatlar, İran- Azərbaycan əlaqələri, eləcə də bölgədə gedən proseslərə dair "Uç nöqtə"yə müsahibə verib: - Fərəc bəy, "Daily Telegraph" qəzetinin Britaniya kəşfiyyatçılarının yazışmalarına əsasən yaydığı məlumata görə, İranın dini lideri Xameneyi "Eurovision-2012" ərəfəsində Bakıda terror aktları törətmək barədə göstəriş vermişd. Bu barədə düşünməyə dəyərmi, Xameneyinin belə bir təşəbbüslə çıxış etməsi nə dərəcədə reallığa uyğun ola bilər? - İran terrorist döviətdir və ölkəmizdə dincliyi, asayişi pozmaq üçün davamlı olaraq tədbirlər görüb. Yaxın Şərqdə baş verən proseslərdə İran "barmağı"nın olmasından hər kəsin xəbəri var. Üstəlik, İran kəşfıyyatının dəstəyi ilə Azərbaycan cəmiyyətində mütəşəkkil formada pianlaşdırılan təxribatların qarşısı milli təhiükəsizlik qüvvələrimiz tərəfındən vaxtında alındı, "Eurovision" müsabiqəsi zamanı planlaşdırılan terror aktlarının da qarşısını almaq mümkün oldu. Bu əməllərin arxasında İranın olduğunu Tehranda da inkar etmirlər və dəfələrlə Azərbaycana qarşı hədə-qorxu xarakterli bəyanatiar işlədirlər. Mərhum yazıçı Rafiq Tağının öldürülməsi ilə bağlı fətva vermiş müctəhidin oğlu, yazıçının qətlindən sonra "Fətvanın yerinə yetirilməsinə sevincini" ifadə etdi. Bütün bunlar onu göstərir ki, İran Azərbaycana müdaxilənin və asayişin pozulmasında maraqlıdır. Atom silahı yaratmaqla İran bölgədəki sabitliyi pozmağa çalışır, İsraili dövlət kimi yer üzündən silməklə hədələyir, Azərbaycanı İsraillə dostluqda ittiham edir, amma Ermənistana dəstək verir. İran tərəfdən Azərbaycan dövlətçiliyinin çökməsi ilə bağlı fətvalar səsləndirilib, 17 Azərbaycan şəhərinin İrana məxsus olduğu iddia olunub. Azərbaycanlı şairlərin İranda həbsi, vətəndaşlarımızın və İran vətəndaşı olan soydaşlarımızın bu dövlətdə sıxışdırılması da onu göstərir ki, İran rejimində Azərbaycan amilinə münasibət necədir. - Müharibə vaxtı və müstəqilliyin ilk illərində İranın Azərbaycanda gedən proseslərə münasibəti və müdaxiləsi nə səviyyədə idi? - İran günü bu gün də öz səfırliyinin qapısında "İran İslam Respublikasının Bakıdakı səfırliyi" yazır, bununla da Azərbaycanı dövlət kimi tanımadığını göstərir. İran diplomatlarının Azərbaycandakı proseslərə müdaxiləsi isə müstəqilliyin ilk illərindən olub. 1993-cü ildə baş verən Gəncə qiyamı zamanı İran səfıri Gəncəyə gedərək ordakı qiyamçılara Quran hədiyyə etdi, onlara bir növ xeyir-dua verdi. İran tərəfı daim ölkəmizdə təxribatların baş tutmasında maraqlı olub. Qarabağ müharibəsində də İranın Ermənistana böyük dəstəyi göz önündə idi. Məşhur "Xarxat" əməliyyatımız zamanı biz bütöv erməni korpusunu darmadağın etdik, sonra düşməndən qalan əşyalara nəzər saldıqda gördük ki, hamısı İran istehsalıdır. Adi əşyalardan tutmuş lazımi texniki qurğulara qədər, ermənilər İran tərəfındən təchiz olunurdu. İran Ermənistana "nəfəslik" vermiş, onu müharibə illərində təmin etmişdi. Mehri körpüsündə necə bir qaynaşmanın olduğu uzaqdan da görünürdü. İndi İran tərəfındən "Biz Azərbaycana müharibədə dəstək vermişik" deməsi o qədər də inandıncı görünmür. İran işğal olunmuş Azərbaycan ərazilərindən mədən məmulatları daşımaqla məşğuldur, enerji ilə də işğalçılara dəstək verir. Ermənistanın da İran tərəfındən müdafiə olunması heç kimə gizli deyil. Bütün müsəlmanların qardaş olmasından danışan İran rejimi Azərbaycanın 20 faizinin işğalda olmasına göz yumur, dini abidələrin dağıdılmasına belə münasibət bildirmir. - Azərbaycan İranla münasibətləri qaydasına salmaq üçün nə etməlidir? Bizdən nə tələb olunur? -Azərbaycan daim öz qonşuları ilə sıfır problem siyasəti yürüdüb. Dövlətimiz öz qonşuları ilə münasibətləri korlamamağa çalışır. Amma qonşularımız da bizə qarşı münasibətlərində problem çıxarmamalıdırlar. İranın Azərbaycana qarşı münasibəti artıq institutlaşıb və onu yumşaq davranmaqla dəyişmək mümkün deyil. İrana qarşı daha sərt addımlar atılmalıdır. Bu məsələdə mən və sədrlik etdiyim partiya adekvat addımların tərəfındədir. Hesab edirik ki, Azərbaycan İrana qarşı sanksiyalara qoşulmalı, artıq öz mövqeyini bildirməlidir. Dünya qütbləşir, konkret mövqe bildirməyin zamanı gəlib. Həm də artıq görürük ki, İran münasibətləri yaxşılaşdırmağa yox, pisləşdirməyə yönələn addımlar atır. - Azərbaycanın İran əleyhinə koalisiyaya qoşulması və sərt sanksiyalart dəstəkləməsi nəticəsində ikinci cəbhə açılmayacaq ki? Yəni iki ölkə arasında hərbi miinaqişə ehtimalını nəzərdə tuturam... - Yeni cəbhə açılacağını düşünmürəm. Əksinə, İran Azərbaycanla bağlı münasibətlərində daha diqqətli olmağa başlayacaq. Azərbaycan nə qədər balanslı siyasət yeritsə də, qarşı tərəf bunu dəyərləndirmir. O zaman biz birmənalı şəkildə qərbyönümlü kurs tutmalı, öz mövqelərimizi gücləndirməliyik. Bölgədə demokratiya olmalıdır, Azərbaycan modern və sivil dövlət kimi güclənməlidir. Dövlətçiliyimizin düşməni olan İran imperializminin çökməsi üçün əlimizdən gələni etməliyik. Bu yolda Qərblə əməkdaşlıq etmək vacibdir. - Güney Azərbaycanın Şimali Azərbaycanla birləşməsi məsələsi də gündəmə gəlməkdədır. Sizcə indiyə qədər bu məsələdə açıq mövqe bildirməyən Qərbin xalqımızın birliyinə yanaşmasında dəyişiklik olacaqmı? - Amerikalı konqresmenlərin açıqlamaları da, BBC-nin məsələ ilə bağlı yaydığı məlumatlar da, eyni zamanda dünyada gedən siyasi proseslər də onu göstərir ki, demokratikləşmə və xalqların öz azadlıqlarına nail olması uğrunda mübarizədə yeni ümidlər doğulmaqdadır. İran Güney Azərbaycan xalqına qarşı biganə yanaşır, güneyli soydaşlarımızın milli hüquqlarını görməzdən gəlir. Belə halda rejimin dağılması qaçılmazdır. Proseslər göstərir ki, İran çökəcək və bu ərəfədə Azerbaycan türklərinin də birgə mübarizə aparması, tarixi Vetənimizin birləşməsinə rəvac yarana bilər. Qərbin yanaşmasına da biz tesir etməliyik. Hiss olunur ki, ABŞ-da öz siyasətinə müəyyən dəyişiklikiər etmək niyyətindədir. Hər halda, Azərbaycanın bütövləşməsini istəyən qüvvələr proseslərdən kənarda qalmamalıdır. - Şimal tərəfdən də Rusiyanın təhdidləri daha intensiv xarakter alır. Azərbaycanın artıq balanslı siyasət və "qoşulmamaq" taktikasından yeni istiqamətdə dönüş etməsinin vaxtı çatıbmı, necə düşünürsünüz? - Rusiyanın regiondakı maraqları məlumdur. Bu, bir imperialist siyasətdir və Kreml zor gücünə qonşu ölkələri özünə tabe etmeye çalışır. Qarabağda da qələbəni qazanan Ermənistan yox, Rusiya oldu. Ermənistan qoşunları Rusiya ordusunun silahları ilə parad keçirirlər, Qarabağdakı quldur dəstələri rus silahları ile təchiz olunub. Bu heç kimə sirr deyil. Biz müasir dünyada yaşayırıq və dövlətçiliyimizin maraqları naminə öz dostlarımızı müəyyen etməyimiz tələb olunur. Hesab edirəm ki, İranla münasibətdə olduğu kimi, Rusiya ilə münasibətdə də qərbyönümlü siyasət yürütməliyik, dünya birliyinin dəstəyini qazanmalıyıq. Bu gün Qərb ölkələri Azərbaycana maraq göstərirlər, iri strateji layihələrdə Azərbaycan əsas iştirakçıdır. Bele olduğu' halda, Azərbaycan ABŞ, Avropa İttifaqı və NATO ilə əməkdaşlığını genişləndirməlidir. Təsadüfi deyil ki, NATO Azərbaycanı bölgədə ən mühüm tərəfdaşı hesab edir. Fikrimcə, bu əməkdaşlığı daha da inkişaf etdirmək olar. Bölgədəki durum elədir ki, bizim neytral qalmağımız qeyri-mümkündür. Azərbaycan bu proseslərdən kənarda qala bilməz. Digər tərəfdən, mühüm bir məqama toxunmaq istəyirəm. O da türkdilli dövlətlərin siyasi və hərbi səviyyədə birliyin yaradılmasıdır ki, Azərbaycan bu məsələdə Türkiyə ilə birgə fəallıq göstərməli, səylərini əsirgəməməlidir. Artıq türkdilli dövlətlərin mədəni ve iqtisadi əməkdaşlıqdan siyasi-hərbi bloklaşmaya keçidinin vaxtı gəlib çatıb. Mən 1998-ci iiə yazdığım "Yeni Dünya Düzəni siyasətində Azərbaycanın yeri və rolu" adlı kitabımda da bu birliyin yaradılmasının vacib olduğunu vurğulamışam və hətta model də hazırlamışam. Bu birlik bölgədə sülh və sabitliyin bərpasında, Türk Dünyasının möhkəmlənməsində əvəzsiz rol oynayacaq. Türkiyə prezidenti Abdullah Gül də bu günlərdə belə bir birliyin tərəfındə olduqlarını dilə gətirdi. Bu bizi sevindirdi. Türkiyənin bu məsələdə qətiyyətli addımlar atacağına inanırıq. Biz də öz növbəmizdə Azərbaycanın fəallaşması istiqamətində əlimizdən gələni edəcəyik. - Türkdilli dovlətlərdan Orta Asiya ölkələri hələ də Rıısiyanın təsiri altından çtxa bilmirlər. Siz dediyiniz siyasi və hərbi xarakterli birliyin yaradılması yolunda Rusiya amilinin təsiri necə olacaq? - Bəli, bölgədə Rusiya amili var, amma bunu o qəder də böyütməyin və qorxu ilə yanaşmağın əleyhinəyəm. Rusiya özünün ətraf ölkələrdəki dayaqlarını itirmək üzrədir. Dünyadakı proseslər də göstərir ki, Rusiya nə qədər aqressiv bəyanatlarla çıxış etsə də, real addımlar atacaq qədər gücdə deyil. Artıq Özbəkistan da Rusiyanın nəzarətində olan Kollektiv Təhlükəsizlik Təşkilatından çıxdı. Digər ölkələrdə də oyanış hiss olunur. Və bölgədə Rusiya ilə rəqabət apara biləcək Türkiyə amili formalaşır. Türkdilli ölkələr bu qardaş dövlətlə yaxınlaşmağa daha çox maraqlıdırlar. Bunu ölkələrimizin cəmiyyətləri, xalqları da tələb edir. Hesab edirəm ki, türdkilli dövlətlər qətiyyət göstərsələr, haqqında dnaışdığımız siyasi-hərbi birliyin yaradılacağı gün elə də uzaqda deyil. Rusiya da bu birliyə mane ola bilməyəcək. Bu dövlətin bölgədə Ermənistandan başqa bir dostu qalmayıb, hətta müttətiqləri Suriya və İranı da satmağa məcbur oldu, çünki Kreml dünya birliyinə qarşı davam gətirə bilmir. Rusiya, İran və Çindən ibarət "Şər üçbucağının" dağılmasına az qalıb. Bu ərəfədə Türk Diinyasının bütövləşməsi isə xalqlarımız üçün həyati əhəmiyyət daşıyır. Bu birliyi sevməyən İran, Rusiya və digər qüvvələrin isə nə reaksiya verəcəyi önəmli deyil. Əksinə. düşünürəm ki, belə bir ittifaq yarandıqdan sonra, Azərbaycana qarşı da qonşuların münasibəti dəyişəcək, dövlətimizə qarşı daha ehtiyatla yanaşacaqlar. - Yenidən İran məsələsinə qayıtmaq istərdim. Güney Azərbaycanda baş verən zəlzələ ilə bağlı müxtəlif məlumatlar yayılır və giineyli soydaşlarımıza dəstək olmaq üçün İrana gedəıı vətəndaşlarımız da rejim tərəfindən çox qəribə bir münasibətlə qarşılanırlar. İran tərəfınin hətta zəlzələ zamanı belə bu cür informasiya blokadası yaratmasının mahiyyəti necə izah oluna bilər? - Əvvəla onu deyim ki, bu zəlzələnin yeraltı hərbi sınaqlar nəticəsində baş verməsi barədə məlumatlar da var. Və mən məlumatların doğru olduğunu düşünürəm. Çünki İran son vaxtlar müxtəlif tipli hərbi sınaqlar keçirir, bu tədbirlə tektonik proseslərə də yol açır. Ona görə də, İranın bir informasiya blokadası yaratması və hər şeyi gizli saxlamağa cəhd etməsini qeyri-adi hal kimi saymıram. Bu dövlətin siyasəti budur, cəmiyyəti ətrafdan təcrid edir, biitün dünyanı İran düşməni kimi qələmə verir. 1990-cı illərdə Zəncan zəlzələsi olarkən, Azərbaycandan gedən nümayəndə heyətinin tərkibində mən də var idim. O zaman insanlara qarşı necə laqeyd münasibətin olduğunu gördük. Dağılmış tikililərin altında adam qalıb-qalmadığını yoxlamadan buldozerin qabağına verir, zərərçəkən şəxsləri günlərlə ac-susuz saxlayırdılar. Təbriz zəlzələsində də, orda olan tanışlarımın dediklərinə görə, 3 gün ərzində yaralı insanların köməksiz buraxılması halları da olub. Hər şeyi gizlədirlər, xəsarət alanlar və ölənlər barədə düzgün məlumat vermirlər. Bu, İran rejiminin Azərbaycan türklərinə qarşı münasibətinin göstəricisidir. Yaranmış durumun mahiyyəti də ancaq belə izah oluna bilər. "Üç nöqtə" qəzeti 25 avqust 2012-ci il Rüfət Əhmədzadə Geri dön |