Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Azərbaycanlı cüdoçu erməni rəqibini ipponla məğlub edib
Azərbaycanlı cüdoçu erməni rəqibini ipponla məğlub edib |
Tokioda keçirilən dünya çempionatında Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulub.
100 kiloqram çəki dərəcəsində yer alan Elmar Qasımov və Zelim Kotsoyev tatamiyə çıxıblar. E.Qasımov otuzikidəbir finalda belaruslu Daniel Mukete ilə üz-üzə gəlib və qızıl xalla qələbə qazanıb. Onun növbəti rəqibi Rusiyanı təmsil edən erməni Arman Adamyan olub. Bu dəfə Qasımov 78 saniyəyə ipponla qalib gələrək səkkizdəbir finala yüksəlib. Azərbaycanlı cüdoçu dörddəbir finala vəsiqə uğrunda görüşdə braziliyalı Rafael Buzakarinini sınağa çəkib. Bu dəfə Elmar Qasımov 96 saniyəyə ippon fəndi ilə qələbə qazanıb. Yarımfinala gedən yolda onun rəqibi hollandiyalı Mixael Korrel olacaq. Zelim Kotsoyev isə braziliyalı Leonardo Qonsalveşlə qarşılaşıb və 74 saniyəyə ipponla qalib gəlib. Onun onaltıdabir finalda rəqibi yaponiyalı Aaron Volf olub. Bu dəfə Kotsoyev ipponla uduzaraq mübarizəni dayandırıb. Qeyd edək ki, əvvəlki yarış günlərində 73 kiloqram çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb. Doxsan kiloqram çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev isə 7-ci yerlə kifayətlənib. Geri dön |