Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Yatmağa kömək edən qidalar
Yatmağa kömək edən qidalar |
Gün ərzində düzgün qidalanmamaq axşamlar yuxuya getməyə mənfi təsir göstərir. Araşdırmalar nəticəsində belə qənaətə gəlinib ki, qida rasionu yuxu rejiminə birbaşa təsir edir.
Yuxusuzluqla mübarizədə ən effektli qidalardan biri banandır. Yatmazdan qabaq banan yemək yuxuya getməni təmin edir. Melatonin və seratonin hormonları ilə yanaşı, bananın tərkibində olan maqnezium əzələlərə rahatlıq gətirir. Bananı yatmazdan bir-iki saat əvvəl yemək məsləhətdir. Kartof yuxu üçün faydalı qidadır. Onun tərkibində olan maddələr mədəni yormur və turşuluq səviyyəsini aşağı salır. Yuxu dərmanını rahatlıqla əvəz edən digər təbii vasitə isə gilas şirəsidir. İki həftə ərzində səhər və axşam turş gilas şirəsi içmək yuxu sistemini qaydaya salır. Yuxu dərmanından fərqli olaraq gilas daha səmərəli və təhlükəsizdir. Tərkibindəki bir sıra vitamin və kalsium nəticəsində badam əzələlərin rahatlığına kömək edir. Axşamlar bir ovuc badam yemək şirin yuxu gətirir. Geri dön |