Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Səfir Namiq Abbasov Azərbaycan Özbəkistan əməkdaşlığını dəyərləndirib
Səfir Namiq Abbasov Azərbaycan Özbəkistan əməkdaşlığını dəyərləndirib |
Azərbaycan Özbəkistanla əməkdaşlığın hərtərəfli möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir. Bunu Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Namiq Abbasov Müstəqillik Günü ərəfəsində Özbəkistan Xarici İşlər Nazirliyi yanında "Jahon" infofrmasiya agentliyinə müsahibəsində bildirib.
"Bizim ölkəmiz üçün Özbəkistan Mərkəzi Asiyada artan geosiyasi və iqtisadi əhəmiyyət əldə edən əsas tərəfdaşdır", - səfir bildirib. Abbasov qeyd edib ki, son illərdə iqtisadi əlaqələrin genişlənilməsində ciddi tendensiya müşahidə olunur. Yanacaq-enerji sferasında ikitərəfli əməkdaşlıq genişlənir. "Vurğulamaq istərdim ki, ticarət-iqtisadi və investisiya əlaqələrinin dərinləşməsi ikitərəfli qarşılıqlı əlaqələrin prioritet istiqamətidir. İndiki çətin şəraitdə, həmçinin qlobal böhranın davam etdiyi dövrdə birgə fəaliyyət proqramının, iki dövlətin şirkətləri və müəssisələri arasında kooperativ əlaqələrin gücləndirilməsi və dərinləşməsinin müəyyən edilməsi məsələləri, qarşılıqlı əmtəə dövriyyəsinin nail olunmuş templərinin gələcəkdə də artırılması çox vacibdir", - Azərbaycanın diplomatik nümayəndəliyinin rəhbəri hesab edir. "Özbəkistanda müstəqilliyin əldə edilməsinin ilk günlərindən sosial yönümlü bazar iqtisadiyyatına malik açıq demokratik dövlətin qurulması proqramı hazırlanmışdı. Hər il biz böyük irəliləmənin və Özbəkistanın çiçəklənməsinin şahidi oluruq. Bu gün Özbəkistanın nailiyyətlərini yığcam və aydın şəkildə belə ifadə etmək olar. Yalnız öz taleyinin sahibi olan xalq belə uğurlara nail ola bilər. Biz Özbəkistanın sənayesinin inkişaf proqramının icrası üçün 2011-2015-ci illərdə reallaşdırılması nəzərdə tutulan, ümumi dəyəri təxminən 50 milyard dollar olan 500-ə yaxın böyük investisiya layihəsinin həyata keçirilməsini böyük maraqla izləyirik. Əminəm ki, ən yaxın illər üçün nəzərdə tutulmuş sənaye məhsulu istehsalın həcmlərinin 60 faizdən az olmayan artım sürətləri, 2015-ci ildə ÜDM-da onun payının 28 faizə qədər artımı müvəffəqiyyətlə reallaşdırılacaq. İnnovasiya yönümlü sahələrin inkişafı milli iqtisadiyyatın sonrakı davamlı vəziyyətinin təminatının və inkişafının effektiv mənbəyi olacaq", - Abbasov bildirib. O qeyd edib ki, özbək və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq zəncirlərinin kökləri ilə dərin keçmişə gedib çıxır və XXI əsrin başlanğıcı isə ictimai-siyasi, ictimai-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafının sürətləndirilməsi ilə əlamətdar oldu. Azərbaycanın dövlət nümayəndələri Özbəkistanın böyük layihələrində daim iştirak edir, Bakıda keçirilən beynəlxalq tədbirlərdə Özbəkistandan iştirakçılar həmişə arzu edilən qonaq olurlar. İki ölkənin gəncləri arasında əlaqələr genişlənir və dərinləşir. "Daşkənddə Azərbaycan səfirliyi yanında Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin açılışı mədəni əlaqələrin inkişafının simvoludur. Diqqətəlayiq haldır ki, mərkəzin tədbirlərini, onun muzeylərini və kitabxanasını yalnız Daşkənddə yaşayan azərbaycanlılar deyil, həm də özbəklər, ruslar, koreyalılar və başqa xalqların nümayəndələri ziyarət edirlər ki, bu da millətlərarası dostluğun və asayişin bərqərar olmasına şərait yaradır", -səfir deyib. Geri dön |