Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Uşaqlarda boy artımı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Uşaqlarda boy artımı

Uşaqlarda boy artımı


Fiziki inkişafın və boyun ləngiməsi orqanizmdə samatatrop adlanan hormonun kifayət qədər olmaması nəticəsində meydana çıxır. Anadangəlmə qısaboyluluq zamanı uşağın çəkisi və boyu yaşıdlarından geri qalır. Bunun ilk əlamətləri uşağın 2-3 yaşında özünü büruzə verir. İllik boy artımı normada 7-8 santimetr olduğu halda həmin uşaqlarda 3-4 santimetr təşkil edir.

Həkim-endokrinoloq Gülay Məmmədova bu barədə deyib: “Uşağın boyuna birbaşa təsir edən amillərdən biri onun düzgün qidalanmasıdır. Qidalanma rasionuna əsasən kalsium tərkibli maddələr üstünlük təşkil etməlidir. Həmin qidalar sırasına süd və süd məhsulları, həmçinin yumurta daxildir. Uşağın hər gün yumurta ilə qidalanması bu sahədə çox vacib əhəmiyyət daşıyır, çünki bilavasitə sümük sisteminə təsir göstərir”.

Həkimin verdiyi məlumata görə, A və B qrup vitaminləri, balıq əti və qırmızı ət uşaqların boy artımına müsbət təsir göstərir: “Boy uzatmaq üçün kimyəvi preparatların qəbul edilməsi yolverilməzdir. Belə preparatların qəbulunun güclü əks təsiri ola bilər. Boyu təbii yolla artırmaq üçün sağlam qidalanma ilə yanaşı fiziki hərəkətlərlə də məşğul olmaq tövsiyə edilir. Hər gün kök şirəsi qəbul edilməsi də boy artımına nail olmaq üçün çox faydalıdır”.

Geri dön