Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Azərbaycan musiqi tarixi" çoxcildliyinin I cildi nəşr olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > "Azərbaycan musiqi tarixi" çoxcildliyinin I cildi nəşr olunub

"Azərbaycan musiqi tarixi" çoxcildliyinin I cildi nəşr olunub


"Azərbaycan musiqi tarixi" çoxcildliyinin birinci cildi nəşr olunub.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytı məlumat verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun musiqi tarixi və nəzəriyyəsi şöbəsində hazırlanmış nəşr Azərbaycan musiqi tarixinin ən qədim zamanlardan XX əsrə qədərki az işlənmiş, mürəkkəb dövrünü əhatə edir.
Nəfis şəkildə çap olunmuş bu cilddə ilk dəfə qədim dövrlərdə musiqimizin icmalı, musiqimizin təməlini təşkil edən ənənəvi şifahi peşəkar xalq musiqisi - aşıq sənəti, muğamlarımız, musiqi folklorumuz - mahnılarımız, rəqslərimiz, qədim musiqi alətlərimiz, Nizami dövründə musiqi (XII əsr), XIII-XV əsrlərdə musiqi elmimizin korifeyləri S.Urməvi, Ə.Marağayi, F.Şirvanı və digər alimlərin yaradıcılığı təhlil edilir.
Nəşrdə, eyni zamanda, Azərbaycan musiqisinin inkişafında Şuşa, Şamaxı, Bakı muğam məclislərinin böyük rolu göstərilir. Qarabağın, xüsusən də musiqimizin beşiyi Şuşanın musiqi məbədi olması bir daha sübuta yetirilir. Böyük ensiklopediyaçı alim M.M.Nəvvabın və ustad xanəndə C.Qaryağdıoğlunun həyatı və yaradıcılığı təhlil edilir. Azərbaycanın çoxəsrlik musiqi mədəniyyətinin XX əsrin əvvəllərində yaranan bəstəkarlıq yaradıcılığının təməli, onun gələcək inkişafının əsası olduğu vurğulanır. Cilddə rəngli şəkillər, not nümunələri, rus və ingilis dillərində geniş xülasə verilib.
"Azərbaycan musiqi tarixi" çoxcildliyinin akademik nəşri layihəsinin rəhbəri və elmi redaktoru AMEA-nın müxbir üzvü Zemfira Səfərovadır.

Geri dön