Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Düzgün qidalanmanın təbliğinə investisiyalar 3,7 milyon insanın həyatını xilas edə bilər
Düzgün qidalanmanın təbliğinə investisiyalar 3,7 milyon insanın həyatını xilas edə bilər |
Düzgün qidalanmanın təbliğinə investisiyalar 2025-ci ilə qədər 3,7 milyon insan həyatını xilas edə bilər. Dünya Səhiyyə Təşkilatının (DST) Cenevrədə açıqlanmış məruzəsində belə deyilir. DST hesab edir ki, insan həyatının hər bir mərhələsində optimal qidalanmanın təmin edilməsinə xüsusi diqqət yetirilməlidir.
DST baş direktorunun köməkçisi, əhalinin tibbi xidmətlərdən ümumi istifadəsinin təmin edilməsi məsələlərinin təşkilinə nəzarət edən Naoko Yamamoto məruzə ilə bağlı deyib: “Qidalanma səhiyyədə əsas xidmətlər paketinin mühüm elementlərindən biri kimi təqdim olunmalıdır. Yeyinti sahəsi də yaxşılaşdırılmalıdır ki, bütün insanların sağlam pəhriz saxlamalarına şərait yaransın”. Məruzədə deyilir ki, söhbət sağlamlığın mühafizəsinə dair xidmətlər kompleksində nəzərdə tutulan qidalanma ilə bağlı tövsiyələrdən və komponentlərdən gedir. Bunlar hamilə qadınların doğuma qədər tərkibində dəmir və fol turşusu olan preparatlarla təmin edilməsini, yenicə doğulmuş körpənin mühüm bəsləyici maddələr alması üçün onun göbəyin kəsilməsi müddətinin uzadılmasını, ana südü ilə qidalanmanın dəstəklənməsini, böyüklərin qidalanmasında şəkərin, uşaqların qidalanmasında duzun məhdudlaşdırılmasını nəzərdə tutur. Tədqiqat müəllifləri belə qənaətə gəliblər ki, donorların baza qidalanma proqramlarına yatırdığı hər bir dollar yerli iqtisadiyyata 16 dollar qazandırır. Ekspertlər bəşəriyyətin qidalanma sahəsində əldə etdiyi inkişafı vurğulayırlar. Belə ki, 5 yaşınadək uşaqların inkişafında geriləmə hallarının sayı azalaraq 1990-cı ildə qeydə alınmış 252,5 milyon nəfərdən 2018-ci ildə 149 milyon nəfərə, yəni 39,2 faizdən 21,9 faizə düşüb. Bununla belə, Afrika və Cənubi-Şərqi Asiya ölkələrində vəziyyət başqa regionlara nisbətən ləng yaxşılaşır. DST ekspertləri, həmçinin piylənmə probleminin kəskinləşməsi ilə bağlı narahatlıq keçirirlər. Əgər 1990-cı ildə bu problemlə uşaqların 4,8 faizi üzləşmişdisə, 2018-ci ildə həmin göstərici 5,9 faizə çatıb. Yəni piylənmədən əziyyət çəkən uşaqların sayı 28 il ərzində 9 milyon nəfər artıb. Dünyanın, demək olar, bütün regionlarında və ölkələrində yaşlı insanlar arasında vəziyyət də mənfiyə doğru gedib. 2016-cı ilin məlumatlarına görə, dünyada 1,3 milyard insan artıq çəkidən, onların 650 milyonu (dünya əhalisinin 13 faizi) piylənmədən əziyyət çəkib. DST xatırladır ki, piylənmə diabet, ürək-damar xəstəlikləri, əzələ və sümük pozulmaları, habelə xərçəngin bəzi növlərinin inkişafı riskini yaradan başlıca amildir. Geri dön |