Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > AQTA sədri: "Azərbaycanda 5 yaşadək uşaqların 15 faizində dəmir çatışmazlığı var"
AQTA sədri: "Azərbaycanda 5 yaşadək uşaqların 15 faizində dəmir çatışmazlığı var" |
"Bu gün dünya əhalisinin üçdə bir hissəsini əhatə edən mikronutriyent çatışmazlıqlarına dəmir, vitamin A və yod çatışmazlığı səbəb olur. Bunlardan ən geniş yayılmışı isə dəmir çatışmazlığıdır. Azərbaycanda isə 5 yaşadək uşaqların 15 faizində dəmir çatışmazlığı var".
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli unun effektiv zənginləşdirilməsi üçün potensialın artırılması üzrə keçirilən regional seminarda çıxışı zamanı deyib. Agentlik sədrinin sözlərinə görə, 5 yaşadək uşaqların 24,2 faizində anemiya, yəni qanazlığı var: "Qadınlar arasında isə bu göstəricilər daha yüksəkdir. Qadınlar arasında dəmir çatışmazlığı 34,1 faiz, anemiya 38,2 faiz olub. Hamilə qadınlar arasında anemiyanın yayılması 40,4 faizə çatıb. Bu gün əhali arasında geniş yayılmış vitamin və mineralların çatışmazlığının aradan qaldırmasının effektiv üsulu qida məhsullarının zəngilləşdirilməsidir". Qoşqar Təhməzli bildirib ki, dəmir çatışmazlığı dəmir-defisitli anemiyaların yaranmasına səbəb olur: "Bu isə xüsusi həssas əhali qrupunun - qadınların sağlamlığına, dünyaya gətirdikləri uşaqlarının immun sisteminin zəif olmasına, daha çox infeksiyalara məruz qalmasına, fiziki və intellektual inkişaflarına mənfi təsir göstərir. Hazırda ölkəmizdə bu problemlemin aradan qaldırılması böyük əhəmiyyət kəsb edir və bu istiqamətdə addımlar atılır". O əlavə edib ki, rəhbəri qurum fəaliyyətə başlayandan sonra müvafiq qurumlarla birgə unun zənginləşdirilməsinə dair qanun layihəsi üzərində işlər aparılıb: "Hazırda bu proses davam edir. Bugünkü tədbirin də əsas məqsədlərindən biri bu sahədə beynəlxalq təcrübəni öyrənmək, mövcud qanunvericilik bazasını təkmilləşdirmək, problemin həlli istiqamətində ictimaiyyəti lazımi səviyyədə məlumatlandırmaqdır". Geri dön |