Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aşura gününün hansı günah əməlləri var? - Din xadimi AYDINLIQ GƏTİRDİ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İslam dini > Aşura gününün hansı günah əməlləri var? - Din xadimi AYDINLIQ GƏTİRDİ

Aşura gününün hansı günah əməlləri var? - Din xadimi AYDINLIQ GƏTİRDİ


Bu il Aşura günü sentyabrın 10-a təsadüf edir. Demək olar ki, Aşura Azərbaycanın bütün bölgələrində qeyd olunur. Yerindən aslı olaraq bu günün əməllərini ölkə üzrə müxtəlif şəkildə həyata keçirirlər. Belə ki, gün ərzində insanlar adət etdikləri işlərdən çəkinir, özlərinə məhdudiyyətlər qoyurlar .
Lakin elə regionlar var ki, həmin günün qadağalarını ifrat həddə çatdırırlar. Belə ki, insanlar işə getmir, sabun işlətməyin yalnış olduğunu düşünür, evlərini belə təmizləmirlər. Təbii ki, toplum bu əməllərin günah olduğunu düşünür.
Maraqlıdır, doğurdanmı Aşura günü sadalanan prosesləri etmək günahdır? Həmin günün xüsusi məhdudiyyətləri varmı?

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imam camaatı Hacı Şahin Həsənli məsələ ilə bağlı danışıb.

Hacı Şahin deyir ki, Aşura günü ilə bağlı dinimizin vacib qadağa buyurduğu bir əməl yoxdur:
“İnsanlar Aşura günü etdiyi əməlləri öz qəlblərinin səsləri ilə, könül xoşluğu ilə edirlər. Məsələn, bir insan yaxınını itirən zaman hansı işlərdən çəkinirsə, Aşura günü də o işlərdən çəkinməyə çalışır. Burada söhbət hər hansı əmrdən və ya qadağadan getmir. Bəzən bu əməlləri ifrat həddinə çatdırırlar. Məsələn, sabun işlətmirlər bu da doğru deil. Ümumiyyətlə, Aşura günü bəzi əməlləri insanlar özləri sonradan əlavə ediblər ki, dində də bu barədə heç bir şey yoxdur. Sadəcə, yaxınını itirən zaman etdikləri halal şeylər var ki, onları edir haramdan çəkinirlər. Lakin işə getməmək, evdə təmizlik etməmək kimi hər hansı göstəriş yoxdur, günah da deyil”.

Geri dön