Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "ABB-Moskva"nın filialı aktivlərini 34,6 faiz artırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > "ABB-Moskva"nın filialı aktivlərini 34,6 faiz artırıb

"ABB-Moskva"nın filialı aktivlərini 34,6 faiz artırıb


Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə bankı olan "ABB-Moskva"nın Sankt-Peterburq filialının aktivləri son bir il ərzində 34,6% artaraq 2012-ci ilin I yarısının sonuna 3 036,3 mln. rubla çatıb.
Bankın mətbuat xidmətindən cümə axşamı verilən məlumata görə, cari ilin 1 iyul tarixinə filialın kredit portfeli 2394,6 mln. rubl təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,7% çoxdur.
Filialın depozit portfeli son bir ildə 46,6% artaraq 555,5 mln. rubl təşkil edib.
Hesabat dövrü ərzində filiala 230 hüquqi şəxs olan yeni müştəri cəlb olunub. Hazırda filial 835 hüquqi şəxsə xidmət göstərir. Filialın 16 bankomatı və 123 POS-terminalı var.
"ABB-Moskva"nın Sankt-Peterburq filialı 2003-cü ildən fəaliyyət göstərir. Şəhərin müxtəlif yerlərində 3 xidmət ofisi olan filial, daha 2 yeni ofis açmağı planlaşdırır.

Geri dön