Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanda soydaşlarımızın Azərbaycan dilində təhsil aldığı 120 məktəb var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Gürcüstanda soydaşlarımızın Azərbaycan dilində təhsil aldığı 120 məktəb var

Gürcüstanda soydaşlarımızın Azərbaycan dilində təhsil aldığı 120 məktəb var


Gürcüstanda soydaşlarımızın Azərbaycan dilində təhsil aldığı 120 orta məktəb var. Onlardan 80-i sırf Azərbaycan dilli məktəbdir. Qalan 40 məktəbdə isə Azərbaycan bölmələri fəaliyyət göstərir.

Bu fakt Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin Təhsilin İdarəolunması üzrə İnformasiya Sistemi Mərkəzinin mətbuata məlumatında yer alıb.

Bildirilib ki, illik müqayisədə Gürcüstanın ictimai məktəblərində Azərbaycan bölmələrinin sayı artıb.

2018-2019-cu tədris ilində Gürcüstanda Azərbaycan bölmələrinin sayı 38 olub. Bu il isə onların sayı 40-a çatıb.

Növbəti illərdə azərbaycandilli məktəb və bölmələrin sayının artacağı istisna edilmir.

Xətayi Əzizov

Geri dön