Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tanınmış şair Fərqanə Mehdiyevanın hazırkı durumu ilə əlaqədar Prezident İlham Əliyevə müraciət ünvanlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Tanınmış şair Fərqanə Mehdiyevanın hazırkı durumu ilə əlaqədar Prezident İlham Əliyevə müraciət ünvanlanıb

Tanınmış şair Fərqanə Mehdiyevanın hazırkı durumu ilə əlaqədar Prezident İlham Əliyevə müraciət ünvanlanıb


Davam.az Moderator.az-a istinadən xəbər verir ki, bir qrup Millət vəkili, yazar, elm və sənət adamı "Ulduz" jurnalının əməkdaşı, tanınmış şair Fərqanə Mehdiyevanın hazırkı durumu ilə əlaqədar olaraq ölkə başçısı cənab İlham Əliyevə məktub ünvanlayıb.


Həmin müraciəti olduğu kimi oxucuların diqqətinə cəlb edirik.

Möhtərəm cənab prezident İlham Əliyev!

Fərqanə Mehdiyeva çağdaş Azərbaycan poeziyasında öz istedadı, dəst-xətti ilə seçilən, oxucuların, qələm adamlarının əksəriyyəti tərəfindən qəbul olunan və sevilən şairlərdən biridir. O, AYB-nin orqanı olan “Ulduz” jurnalının poeziya şöbəsinə rəhbərlik edir. Gənclərin yaxın dostu və müəllimidir.

Uzun illərdir ki, Fərqanə Mehdiyeva sağlıq durumu ilə bağlı olaraq davamlı müalicə alır. Son vaxtlar həkimlərin dəqiqləşdirdiyi diaqnozdan sonra səhhətindəki problemlərin daha da ciddiləşdiyini anlayan Fərqanə xanım yenə də həvəsdən düşmür, ölümlə həyat arasında çarpışa-çarpışa gözəl əsərlər yazmaqda davam edir. Fərqanə Mehdiyevanın yaradıcılığının əsas qayəsini böyük amallar, yüksək mənəvi dəyərlər təşkil edir. Onun vətənimizə, dövlətimizə, xalqımıza, ümummilli lider Heydər Əliyevə həsr etdiyi şeirlər buna bariz nümunədir. Onun kitabları təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da sevilə-sevilə oxunur.

Böyük mənəvi və maddi dəstəyə ehtiyacı olan Fərqanə Mehdiyevanın həyatdakı ən böyük və son arzusu hərbi xidmətini müvəffəqiyyətlə başa vuran yeganə oğlunun toyunu görmək istəyidir. Zaman isə AYB-də mənzil növbəsində olan Fərqanə xanımı çox tələsdirir, ondan tez bir zamanda işlərini sahmana salmağı tələb edir.

Möhtərəm cənab prezident!

Biz Sizin dəfələrlə elm və sənət adamlarına, ziyalılara, yaradıcı insanlara göstərdiyiniz diqqət və qayğının şahidi olmuşuq. Eyni həssaslığı Fərqanə Mehdiyevaya da göstərəcəyinizə inanır və onu növbədənkənar evlə təmin etməyi Sizdən xahiş edirik.

Sizə öncədən dərin təşəkkürümüzü bildiririk.

Musa Yaqub - Xalq Şairi

Əşrəf Veysəlli - şair

Elçin İsgəndərzadə - professor, şair, “Bayatı” jurnalının baş redaktoru

Aqil Abbas – Millət vəkili, Əməkdar Jurnalist, yazıçı

Fazil Mustafa – Millət vəkili, yazıçı-publisist

Fərəc Quliyev – Millət vəkili, publisist

Qüdrət Həsənquliyev – Milət vəkili, publisist

Qənirə Paşayeva – Millət vəkili, şair

Jalə Əliyeva – Millət vəkili, filoloq

Qulu Məhərrəmli – professor, Əməkdar Jurnalist, “Jurnalistikanın inkişafına yardım fondu”nun sədri

Nəsir Əhmədli – filologiya elmləri doktoru, Əməkdar Jurnalist, BDU Beynəlxalq jurnalistıka kafedrasının professoru

Məti Osmanoğlu – filologiya üzrə fəlsəfə doktoru

Elçin Hüseynbəyli - yazıçı

Afaq Şıxlı – şair-tərcüməçi

Adilə Nəzər – filologiya üzrə fəlsəfə doktoru, şair

Ramiz Qusarçaylı - şair

Günel Eyvazlı – Edebiyyatqazeti.az saytının redaktoru, yazıçı

Aləm Kəngərli - yazıçı

Nizami Muradoğlu – filologiya üzrə fəlsəfə doktoru, şair

Əsəd Cahangir – ədəbi tənqidçi, AYB İdarə Heyətinin Üzvü, “Azərbaycan” jurnalı baş redaktorunun müavini

Elnarə Akimova – “Ədəbiyyat qəzeti”nin şöbə redaktoru, filologiya elmləri doktoru

İbrahim İlyaslı – Əli Kərim adına Sumqayıt poeziya evinin direktoru, şair

Hafiz Rüstəm – şair-publisist

Faiq Balabəyli – Müstəqil.az saytının rəhbəri, şair-publisist

İradə Tuncay – “Ədalət” qəzetinin baş redaktoru, yazıçı-publisist

Zemfira Məhərrəmli – yazıçı-publisist

Natəvan Dəmirçioğlu – filolologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist

Əlabbas Bağırov – yazıçı

Yunus Oğuz – yazıçı-publisist

Xaqani Qayıblı – Tartu universtetinin professoru, şair, tərcüməçi, publisist

Zülfüqar Hüseynzadə – Moderator.az saytının rəhbəri

Tural Adışirin – Manera.az saytının rəhbəri, şair-publisist

Aləmzər Sadıqqızı – “Qobustan” jurnalının əməkdaşı, şair

Mikayıl Bozalqanlı - şair

Rabiqə Nazimqızı - şair

Günel Natiq – Azərbaycan Radiosu Xalq yaradıcılığı şöbəsinin əməkdaşı, publisist

İlham Qəhrəman - şair

Arzu Nehrəmli – tarix üzrə fəlsəfə doktoru, şair

Əlizadə Nuri - şair

Əyyub Qiyas – yazıçı

Nazir Əhmədli – tənqidçi, tədqiqatçı-yazıçı

Xalid Rəhimli - şair

Əkbər Qoşalı – şair

Balayar Sadiq – “Yurd” jurnalının baş redaktoru, şair

Aysel Xanlarqızı - şair

Xanım İsmayılqızı – bəstəkar, şair

Azər Həsrət - şair

Kənan Hacı – yazıçı

Elvin Əlizadə - şair

Ümid Nəccari – şair, yazıçı

Sadiq Qarayev – “Qızıl kəlmə” mükafatçısı, yazıçı

Cığatel Qasımova - şair

Səhər Əhməd - şair

Ehtiram İlham - şair

Vüsal Oğuz - yazıçı

İlqar Türkoğlu – şair

Nurəddin İsmayıl - şair

Aqşin Evrən - şair

Nurəddin Ədiloğlu – yazıçı-publisist

Sehran Allahverdi – şair, rəssam

Zəka Vilayətoğlu – şair, bəstəkar

Etibar Qərib - şair

Qəşəm Nəcəfzadə - Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, “Qızıl kəlmə” mükafatçısı, şair

Zahid Sarıtorpaq - şair

Nuranə Nur - şair

Vasif Süleyman – “Ədəbiyyat qəzeti” idarə heyətinin üzvü, şair

Qabil Nəbiyev - şair

Reyhan Kənan - şair

Süleyman Hüseynov - şair

Sabir Yusifoğlu - şair

Şəfiqə Şəfa - şair

Rəfael Tağızadə - şair

Şərafəddin İlkin - şair

Mina xanım Təkləli - şair

Həyat Şəmi - şair

İlqar İlkin - şair

Zülfiyyə Eldarqızı - aktrisa

Güllü Eldar Tomarlı - şair

Ədalət Bədirxanov - şair

Nəriman Zeynajzadə - şair

Surxay Qocayev - şair

Yaşar Bünyad - yazıçı

Aqil Kəngərli - şair

İradə Aytel – Kultur.az saytının rəhbəri, şair

Gülqədəm Mirzəzadə - şair, bəstəkar

Mübariz Örən - yazıçı

Məmməd Tahir - şair

Kəmaləddin Qədim - şair

Şahin Musaoğlu – şair, bəstəkar

Təranə Vahid – “Ulduz” jurnalı baş redaktorunun müavini, yazıçı

Nəcibə İlkin – “Azad qələm” qəzetinin baş redaktoru, şair

Sayman Aruz – AYB Güney Azərbaycan şöbəsinin rəhbəri, yazıçı

Əli bəy Azəri - “Xəzan” jurnalının baş redaktoru, yazıçı-publisist

Ayxan Ayvaz - yazıçı

Ruslan Dost Əli - şair

Kamil Məhərrəmoğlu – şair-publisist

Nazir Rüstəm – Aktyor, Azərbaycanın Əməkdar artisti, şair

Nəzirməmməd Zöhrablı – jurnalist-publisist

Məmməd Qadir - şair

Səxavət Talıblı - yazıçı

Sona İsmayılova - şair

Asif Kəngərli – həkim, publisist

Süleyman Abdulla – Qarabağ qazisi, şair

Nəzakət Məmmədova – “Yada düşdü” jurnalının baş redaktoru, şair

Meyxoş Abdullah - yazıçı

Ay Bəniz Əliyar – Çabran şəhər Xaqani Poeziya Evinin Direktoru, şair

Sənəm Səbayel - şair

Şəfəq Sahibli - şair

Murad Köhnəqala - yazıçı

Sərvər Məsum - şair

Xatirə Xatun - şair

Güləmail Murad – şair-publisist

Şəhla Aslan – yazıçı-publisist

Elşad Barat – şair-publisist

Kəramət Böyükçöl – yazıçı-publisist

Geri dön