Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Beynəlxalq Güney Azərbaycan Konseyində nələr baş verir?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Beynəlxalq Güney Azərbaycan Konseyində nələr baş verir?

Beynəlxalq Güney Azərbaycan Konseyində nələr baş verir?


Qarşısına müqəddəs amallara çatmaq missiyasını qoyan BGAK-nin daxilində baş verən hadisələrlə bağlı müəyyən bir müddətdir məlumatlar əldə etməkdəyik. Amma həm konseyin qarşısına qoyduğu müqəddəs amalların, eyni zamanda orda təmsil olunan Azərbaycan ziyalılarının nüfuz və insanlar içərisində olan hörmətlərini diqqətə alaraq, daxil olan məlumatları görməzdən gələrək yayımlamaqdan uzaq durduq. Amma deyəsən BGAK-də sular durulmaq əvəzinə daha da gərginləşib.

Qeyd edək ki, əsasən BGAK-də hadisələrin bu şəkildə davam etməsində daha çox BGAK- İH-nin üzvü, İzmir Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Camal Məmmədxanoğlunun və bəzi İH-ti üzvülərinin konseyin müvafiq nizamnaməsindən kənar fəaliyyətləri göstərilir ki, burda da yaranan problemin aradan qaldırılması istiqamətində addımlar atıldığı haqqında xəbərdarıq. Bir müddət əvvəl konseyin İH-ti tərəfindən C.Məmmədxanoğlunun konseyin sözcüsü olaraq fəaliyyəti dondurulsa da, o buna məhəl qoymayaraq həm İH-nin qəbul etdiyi qərarlara hörmətsizlik etmiş, eyni zamanda səlahiyyətlərinin dondurulmasına qarşı çıxaraq konsey nizamnaməsini kobud şəkildə pozub. Artıq vəziyyət o həddə çatıb ki, İH-nin 9 üzvü istefa verərək konseyin sıralarından çıxdıqlarını bəyan ediblər. BGAK-nin İH-nin 9 üzvünün istefasına səbəb olan amilləri isə İH-nin istefa verən üzvlərindən Azərbaycanın sabiq təhsil naziri , türkoloq alim,professor Firudin Cəlilovdan öyrəndik.
-İlkin olaraq qeyd etməliyəm ki, Beynəlxalq Güney Azərbaycan Türkləri (BGATK) Konseyinin 17 nəfərdən ibarət İdarə Heyyət olub. Bu İH-i üzvülərindən bir qismi bu yaxınlarda Xızıda mənimlə görüşdülər. Onlar konseyin faliyyəti və İH-nin daha da fəaliyyətini artırmaq məqsədi ilə mənimməsləhətimin nədən ibarət olduğunu soruşdular. Mən də BGATK-nin doğurdan da güclü bir təşkilata çevrilməsi baş verən proseslərə müdaxilə etmə imkanlarının artırılmasının vacibliyini bildirdim.Eyni zamanda onu da dedim ki,bunun üçün konseyə yeni qüvvələrin cəlb olunması ilə yanaşı konseyin qurultayını keçirməklə həm İH-nin tərkibində yenilik edilməli və konseyin nizamnaməsi hazırlanıb qəbul edilməlidir.
-Firudin müəllim yanınıza gələn konseyin İH-də təmsil olunanlar sizin bu məsləhətinizə qulaq asdılarmı?
- Əksinə onlar qayıtdıqdan sonra, belə bir açıqlama verdilər ki, koseyə yeni üzvülərin cəlb olunması və qurultayın keçirilməsi mümkün deyil və daha çox idarə Heyyətinin tərkibində dəyişikliklər zəruridi. Bununla bağlı Camal Məmmədxanoğlu mənə telefonda bildirəndə, ona bildirdim ki, mənim yanıma məsləhətə gəlirsiniz və verdiyim məsləhətlər konsey üzvüləri tərəfindən qəbul edilməməklə yanaşı. Göz ardı edilirsə. O zaman mənkonseyin İdarə Heyyətindən istefa verirəm və bu gündən konseyin İH-ti ilə bütün əlaqələrimi dayandırıram.
-O zaman siz ilkin istefa verənlərdənsiniz?
-Mənim istefamdan bir iki-üç gün sonra Güney Azərbaycandan olan gənclərdə və İH-nin tanınmış bir neçə üzvü də istefa verib. Bütövlükdə isə 17 nəfərdən ibarət İH-nin tərkibindən 9-u istefa vermiş olub. 17 nəfər tərkibi olan İH-nin 8 nəfər üzvü qalıb ki, bu da o deməkdir ki, bu 8 nəfərin qəbul etdiyi qərarların hər hansı bir hüquqi qüvvəsi yoxdu.
-Bəs bundan sonra nələr olacaq?
- istefa verən konsey üzvüləri artıq Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradıblar və yaxın bir müddətdə qurultay keçirib həm yeni qüvvələrin cəlb olunmasına başlanılacaq, eyni zamanda yaranan yeni konseyin İH-ti və nizamnaməsi qəbul ediləcək.
-Firudin müəllim belə çıxır ki, yeni bir konsey yaranır?
-Xeyir sadəcə olaraq burda ad dəyişiləcək. Ola bilsin qurultay Bütöv Azərbaycan Konseyi adını qəbul etsin. Və yaxutta başqa bir ad ola bilər. Əsas məsələ qarşıya qoyulan məqsədlərə doğru addımlar atılsın adın bir o qədər mənə görə önəmi yoxdu.

Beynəlxal Güney Azərbaycan Türkləri Konseyi İH-dən istefa edənlərin siyahısı
1. Firudin Cəlilov
2. Amir Mərdani
3. Aydın Tağı oğlu
4. Baba Tagiyev
5. Cabbar Səttar oglu

6-Mikayıl Kəskin
7-Mərdan Seyidbəyli
8-Hakim Sadiqov
9- Hadi Musəvi

Kənan/"Vətəninfo"/

Geri dön