Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Bakıda bədii gimnastika üzrə dünya çempionatı başlayır
Bakıda bədii gimnastika üzrə dünya çempionatı başlayır |
Bu gün Bakıda bədii gimnastika üzrə dünya çempionatı start götürəcək.
7 gün davam edəcək mundialda 62 ölkədən 312 idmançı xalça üzərinə çıxacaq. Milli Gimnastika Arenasında təşkil olunacaq yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına əsas təsnifat xarakteri daşıyacaq. Olimpiadaya 98 vəsiqədən 41-i dünya çempionatında sahibini tapacaq. Çoxnövçülükdə eyni ölkədən ikidən artıq olmamaqla, ilk 16 yeri tutacaq gimnastlar Yaponiya paytaxtında iştirak hüququ əldə edəcəklər. Qrup hərəkətlərində isə ilk “beşlik” dörd illiyin ən möhtəşəm yarışına vəsiqə qazanacaq. DÇ-2018-də mükafat qazanan Rusiya, İtaliya və Bolqarıstan artıq Tokio-2020-yə çıxdığından 6-8-ci yerlər də Oyunlara lisenziya şansı əldə edə biləcəklər. Azərbaycan yığması dünya çempionatına 9 idmançı ilə qatılacaq. Ölkəmizi yarışın fərdi proqramında Zöhrə Ağamirova, Yelizaveta Luzan, Veronika Hudis və Məryəm Səfərova təmsil edəcəklər. Qrup hərəkətləri üzrə mübarizədə isə xalça üzərinə Aliyə Paşayeva, Diana Əhmədbəyli, Darya Sorokina, Ayşən Bayramova və Zeynəb Hümmətova çıxacaqlar. İlk 5 gündə fərdi gimnastlar xalçaya çıxacaqlarsa, son 2 gündə qrup hərəkəti üzrə komandalar güclərini yoxlayacaqlar. İlk dəst medal isə sentyabrın 17-də öz sahibini tapacaq. Dünya çempionatının bağlanışı sentyabrın 22-də, saat 16:15-də olacaq. Dünya çempionatının təqvimi 16 sentyabr 12:00 - 13:20. A qrupu, təsnifat mərhələsi. Halqa və top (növbə ilə) 13:35 - 15:00. B qrupu, təsnifat mərhələsi. Halqa və top 16:00 - 17:20. C qrup, təsnifat mərhələsi. Halqa və top 17:35 - 18:50. D qrupu, təsnifat mərhələsi. Halqa və top 19:15 - 20:00. Açılış mərasimi 17 sentyabr 10:00 - 11:20. C qrupu, təsnifat mərhələsi. Halqa və top 11:35 - 12:50. D qrupu, təsnifat mərhələsi. Halqa və top 14:00-15:20. A qrupu, təsnifat mərhələsi. Halqa və top 15:35 - 17:00. B qrupu, təsnifat mərhələsi. Halqa və top 19:30 - 20:00. Ayrı-ayrı alətlər. Final - halqa 20:05 - 20:35. Ayrı-ayrı alətlər. Final - top 20:40 - 20:55. Mükafatlandırma mərasimi: Halqa və top 18 sentyabr 12:00 - 13:40. D qrupu, təsnifat mərhələsi. Gürzlər və lent 13:55 - 15:40. C qrupu, təsnifat mərhələsi. Gürzlər və lent 15:40 - 16:40. B qrupu, təsnifat mərhələsi. Gürzlər və lent 18:55 - 20:50. A qrupu, təsnifat mərhələsi. Gürzlər və lent 19 sentyabr 09:00 - 11:00. B qrupu, təsnifat mərhələsi. Gürzlər və lent 11:15 - 13:10. A qrupu, təsnifat mərhələsi. Gürzlər və lent 14:10 - 15:50. D qrupu, təsnifat yarışı. Gürzlər və lent 16:05 - 17:50. C qrupu, təsnifat mərhələsi. Gürzlər və lent 19:30 - 20:00. Ayrı-ayrı alətlər. Final - gürzlər 20:05 - 20:35. Ayrı-ayrı alətlər. Final - lent 20:40 - 21:00. Mükafatlandırma mərasimi: Gürzlər və lent 20 sentyabr 14:30 - 17:25. Çoxnövçülük üzrə final, B qrupu (təsnifatda 13-24-cü yerləri tutmuş gimnastlar) 17:40 - 20:35. Çoxnövçülük üzrə final, A qrupu (təsnifatda 1-12-ci yerləri tutmuş gimnastlar) 20:35 - 20:40. “Longines” mükafatı – “Prize of Elegance” 20:40 - 20:50 Mükafatlandırma mərasimi: Çoxnövçülük 21 sentyabr 14:30 - 16:10. Qrup hərəkətləri, A qrupu. - 5 top, 3 halqa + 2 cüt gürz (növbə ilə) 16:30 - 18:10. Qrup hərəkətləri, B qrupu, 5 top, 3 halqa + 2 cüt gürz 18:15 - 18:25. Mükafatlandırma mərasimi: Çoxnövçülük 22 sentyabr 14:30 - 15:13. Qrup hərəkətləri, final - 5 top 15:15 - 15:58. Qrup hərəkətləri, final - 3 halqa + 2 cüt gürz 16:00 - 16:15. Mükafatlandırma mərasimi: 5 top / 3 halqa + 2 cüt gürz 16:15 - 16:45. Bağlanış mərasimi, Qala konsert Geri dön |