Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sürgündə, Aərbaycan Milli məclisinin yaranması zərurəti və günaz Televiziyası
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Sürgündə, Aərbaycan Milli məclisinin yaranması zərurəti və günaz Televiziyası

Sürgündə, Aərbaycan Milli məclisinin yaranması zərurəti və günaz Televiziyası


Bu yaxınlarda mətbuat və kütləvi informasiya vasitələrində geniş yer alan ən mühüm ixəbərlərdən biri, 11 avqust 2012-ci ildə Şərqi Azərbaycanın Qaradağ bögəsində baş verən zəlzələnin xəbəri idi. Mərhəzi hökumək bu faciənin törətdiyi fəsadların dairəsi kiçildib və ictimaiyyətdən gizlətməyə çalışırdı. Mərkəzi dövlətin bu əməli müxtəlif ictimai qruplar tərəfindən analız və təhlil edilmişdir. Yaşıl hərəkatın analitikləri bunu hökumətin proqramının və müdiriyyətin zəifliyində görürlər. Onlar bu işdə heç bir siyasi motiv və qərəzlərin olmadığı qənaətindədirlər. Onlar ictimaiyyətə informasiyanın dəqiq və düzgün çatdırılmasında baş Verən qüsurlarda hökuməti günahlandır və bunu siyasi yanlışlıq hesab edirlər. Həmçinin onlar bu işdə hökumət rəsmlərinin, xüasusilə ölkə rəhbərinin etibarının daha çox ləkələnməsini iddia edirlər.
Amma Azərbaycan fəalları bu hadisəyə tam başqa gözlə baxıb və onu dəyərləndirdilər. Onlar bunda hökumətin mllətlər və onların problemlərinin çözülməsində laqeyd olduğu irəli sürdülər.
Azərbaycan fəalları rəsmi orqanların verdikləri məlumat və müsahibələrə istinadən dağıntılar altında qalanlara yardım göstərilməmək nəticəsində bir çox vətəndaşlarımızın ölüməsində hökuməti əsas səbəbkar kimi görürlər. Onların fikrincə hökumət məmurları bilərəkdən dağıntılar altında qalanları xilas etməyiblər. Onlar bunda heç bir şübhə olmadığı qənaətinə gəliblər.( Təəssüflə ölənlərin sayı bəlli deyil). Dağıntılar altından insanları xilas edənlər ancaq əhalinin könüllü dəstələri və qonşu vilayətlərdən gələn yardım qrupları olmuşlar. Dövlət məmurlarının, o cümlədən Vərzqan şəhərinin deputatı öz müsahibəsində demişdir ki, vilayətdə ancaq 24 saatdan sonra faciə ilə bağlı yardım mərkəzi yaranmışdı. Zəlzələdən 7 saat sora hələ zərər çəkənlərə və dağıntı altında qalanlara heç bir yardım edilməmişdir. Habelə hökumət tərəfindən də heç bir əməli tədbir görülməmişdir. Ölkənin Fövqəladə İşlər Üzrə rəisi cənab Həsən Qədəmi ilk saatlarından hadisə yerində olmasına baxmayaraq, gecə də(24 saat sonra) o (cənab Həsən Qədəmi), yardım imkanlarının olmadığını bəhanə gətirərək, hər cür kömək edilməsinin qarşısını almağa göstəriş vermişdi.
Ölkə rəhbəri cənab Xaməneyinin göstərişi əsasında fəaliyyət edən dövlət radio və televiziyası da bu faciəli hadisə ilə bağlı ölkə əhalisinə lazımı məlumatı çatdırmayıb və adi gündəlik komediya verilişlərini yayımlamışdı. Ancaq ekranda alt yazı vasitəsilə zəlzələnin baş verdiyi xəbərini yayımlamışdı.
Bu haqda dəqiq təhlil və analiz göstərir ki, təkcə müdiriyyətin diqqətsizliyini deyil, dövlət məmurları bilərəkdən yardım və xilas etməkdən boyun qaçırması məsələsi tam aydındır. Baxmayaraq ki, 12 avqusta hadisə baş verən məntəqələrdə dövlətin heç bir yardım imkanları olmayıb, amma Ölkənin Fövqəladə İşlər Üzrə rəisi cənab Həsən Qədəmi İsina agentliyi ilə öz müsahibəsində deyir: “ Qonşu vilayətlərin yardımına ehtiyac yoxdur.”
HABELƏ Xarici, o cümlədən Türkiyə və Azərbaycan Respublikasının yardımının rədd edilməsiNdə siyasi motivin olduğu bildirilir. Amma biz bu barədə bir söz deyə bilmərik.( Baxmayaraq ki, bu göstəriŞ rəsMi şəkildə elan olunmayıb, amma təhlükəsizlik orqanının məmurları tərəfindən təzyiq altında olan insanlara deyilmişdir.) Amma görəsən hansı səbəbdən qonşu vilayətlərin yardımları rəd olunur və niyə bu məsələdə hakimiyyət maraqlıdır? İndi İslahatçı və Xələci cənabları bu mövzunu necə dəyərləndirdiklərini onların vicdanına buraxırıq ki, onu sədaqətlə ayırd etsinlər.
Ölkə rəhbəri hadisədən 30 saat sonra bir sətir yarımlıq yazıda zəlzələ nəticəsində zərər çəkmişlərin və ölənlərin ailələrinə başsağlığı verir, ( Amerikanın Ağ evindən sonra) prezident cənab Əhmədinəjad hadisədən bir gün qabaq İslam konfransında iştirak etmək üçün Ərəbistana yola düşür və Qızıl Ayparanın rəisi isə Liviyaya gedir. Görəsən, belə bir ağır faciənin qarşısında yuxarıda deyilənlər laqeydlikdən başqa nə ola bilər? Dövlət mətbuatı və yüksək rütbəli diktator Vəli Fəqihin radio və televiziyası bu ağır faciənin qarşısında susan zaman, zəlzələ məntəqəsindəki məzlum xalqın səsini dünya ictimaiyyətinə və Azərbaycan əhalisinə çatdıran təkcə “Günaz” televiziyası oldu. Günaz televiziyası az bir müddətdə zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün Azərbaycanın könüllü gənclərini səfərbər etməyi bacardı. Bu inqilabçı və fədakar cavanlar əhaliyə hər cür yardım etməklə yanaşı, zəlzələ bölgəsindən şəkil və filmlər hazırlayıb çox qısa bir zaman kəsiyində layiqincə “Günaz” televiziyası vasitəsi ilə bütün dünyaya çatdırdılar. Demək olar ki, Günaz televiziyasının müdiriyyətinin gecə-gündüz fəaliyyəti Azərbaycan Milli Hərəkatı tarixində bu faciənin geniş şəkildə işıqlandırılmasında dönüş nöqtəsi yaratdı.
Gənclərimiz İttilaat cəlladlarının hədə-qorxularına məhəl qoymadan və onlar heç bir fikir ayrılığını nəzərə almadan daxildə birlikdə hərəkət edib səfərbər oldular. Hamı əl-ələ verib bir məqsəd üçün çalışmaq, yəni zəlzələdə zərər çəkənlərə yardım etmək idi. Bu səfərbərlik ancaq Günaz televiziyasının tapşırıqları əsasında olmuşdular. Qəti surətdə deyə bilərik ki, “Günaz”ın 8 illik tarixində bu səfərbərlik misli görünməmiş hadisə idi. Bu hərəkət “Azərbaycan Milli Hərəkatı birləşə bilməyi bacarmır ” fikirlərin yanlış olduğunu sübut etdi.
Günaz televiziyasının təsiredici rolu, rasist Tehran rejimini o dərəcədə hirsləndirdi ki, bütün qüvvəsi ilə “Günaz”a və Azərbaycan Milli Hərəkatına qarşı amansız təbliğat aparmağa məcbur oldu. Keçən həftə Azərbaycan şəhərlərində cümə namazlarının xütbələrində Günaz televiziyasına, xüsusilə onun rəhbəri Əhməd Obalıya, Azərbaycan Milli Hərəkatına qarşı yaman və böhtan yağdırıldı. Onlarla saytlarda və hətta qondarma “Təbriz Tələbələri” adından onların əleyhinə bəyanatlar verildi. Bu isə onu göstərir ki, Günaz televiziyası Azərbaycan əhalisi arasın təkcə sevilmir, həm də çox təsir gücünə malik bir mərkəzə çevrilmişdir.
Lakin bizə və Azərbaycan Milli Hərəkatı fəallarına önəmli olan məsələ, yaranan bu həyəcan və zövqü necə qoruyub saxlamalıyıq? Azərbaycanda baş verən zəlzələ xalqımız üçün ürəkağrıdıcı bir faciə və fəlakət idi. Amma onu dəqiq tədqiq edib araşdırdıqda görürük ki, nailiyyət də əldə etmişik.
Bu gün milli hərəkatda pərakəndəliyə və təşkilat böhranına son qoymaq üçün münasib zəmin yaranıbdır. Fikrimcə ancaq Günaz televiziyasının işçiləri, xüsusilə müdiriyyətinin fədakarlığı sayəsində əməli surətdə qarşımızdakı bu problemlərin həllinə nail ola bilərik. İctimaiyyətimizdə yaranan bu şövq-zövqü qorumağa artıq şərait hazırdır. Bu da yalnız milli hərəkatda olan bütün qüvvələrin fədakarlıqları və səyləri nəticəsində birləşməyə nail olmaq mümkündür. Biz ancaq müştərək fikirlərimizi qabardıb və bir-birimizin qarşısında dözümlük, tolerantlıq göstərməklə, aramızdakı ziddiyyətləri aradan aparmağa nail ola bilərik. Belə olan halda qəti şəkildə müsbət nəticə əldə etmək olar.
Gəlin, Azərbaycan Milli Hərəkatı naminə bütün kin-küdurət və mənəm-mənəmliyi bir tərəfə qoyub, öz aramızda necə birlik və vəhdət yaratmağı düşünək. Bu birlik yalnız, bütün fikirlərin, istər federal, istərsə istiqlalçıların və hətta Günaz televiziyasının müdiriyyətinin fikrinə qarşı düşüncələrin nümayəndələrinin iştirakı ilə mümkün ola bilər.
Biz bu həssas şəraitdə sürgündə olan azərbaycanlılar olaraq bir məclis yaratmalıyıq. Bunu da qəbul etməliyik ki, məclis bir fikir və əqidənin nümayəndələrin deyil, bəlkə ictimaiyyətdə olan bütün düşüncə və fikir sahiblərinin yığıncağıdır. Belə olan yerdə çıxarılan qərarlar Azərbaycan Milli Hərəkatının irəliləməsində çox faydalı olub, onu səssizlikdən və ətalətdən çıxarıb, axımlı edəcək. Belə təqdirdə biz daxildə xalqımızın etibarını da qazanmalı olacağıq.
Biz yenə də bunu bilməliyik ki, dünyada hər an böyük hadisələr baş verə bilər və hətta, bu olaylar baş vermədən bizin təsəvvürümüzə belə sığmır və sığmayacaq. Çünki, bu prosesin baş verməsi elə bir sürətdədir ki, biz onu təhlil və analiz etməyə qadir deyilik. Zamanın tələbi bizi də o prosesin daxildə olmağa məcbur edir və qətiyyətlə demək olar ki, bu proses millətimizin xilas edilməsində təsiredici rol oynaya bilər. Bu prosesdə bizə yardımçı məclisdən başqa nə ola bilər ki? Biz bütün potensiallarımızı səfərbər etməklə yanaşı, dünya ictimaiyyəti ilə də dialoq və müzakirəyə girə bilərik.
Bu günkü şəraitə “ Günaz tv” mövcud olan bütün potensialları ilə birlikdə bu xüsusda əməli addımlar atmalıdır. Yəni bütün siyasi qrupları dəvət edib, onların içindən xoşməramlı bir təşkilat yaratmaqla milli hərəkatda olan fikir ayrılıqlarını və ziddiyyətləri aradan aparmaq üçün müzakirələrə başlamalıdır. Bu mövzulara televiziyada vaxt ayrılıb və xüsusi verilişlər hazırlanmalıdır. Heç bir müdaxilə olmadan tam sərbəst şəkildə müxtəlif fikir nümayəndələri Televiziyada öz sözlərini deməlidirlər və bu isə gerçək bir birliyin təməlini qoya bilər. Qətiyyətlə deyə bilərik ki, belə bir təşəbbüs gerçəkləşərsə, ondan müsbət və münasib nəticəsi əldə etmək olar. Fikrimcə yaranan bu cəmiyyətin düşüncəsi hətta bir şəxsin fikrinə qarşı olsa da onun heç bir ziyanı yoxdur. Biz qəbul etməliyik ki, hərəkət və davranışlarımız bir-biri ilə paralel xətləri təşkil edirlər . Bu üzdən də bir-birimizi inkar etməməliyik.

Əli süleymani

Geri dön