Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > AAK Avropa ölkələrindəki bəzi soydaşlarımızın destruktiv fəaliyyətini pisləyən bəyanat yayıb
AAK Avropa ölkələrindəki bəzi soydaşlarımızın destruktiv fəaliyyətini pisləyən bəyanat yayıb |
Avropa Azərbaycanlıları Konqresi (AAK) son zamanlarda Avropanın bir sıra ölkələrinə köçmüş bəzi azərbaycanlıların destruktiv və radikal fəaliyyətinin aktivləşməsindən narahatlıq duyduğunu əks etdirən bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, fəaliyyətləri sadəcə söyüş və təhqir ritorikasından ibarət olan bu radikal qrupların demokratiya adı altında antidemokratik hərəkətləri və çıxışları nəinki mədəni cəmiyyətin davranış normalarından uzaqdır, habelə bu şəxslərin yaşadıqları Avropa ölkələrinin qanunvericiliyini də kobud şəkildə pozması kimi qiymətləndirilə bilər. Bəyanatda bildirilir ki, Avropa ölkələrində mövcud olan hüquqi sistemdən qeyri-konstruktiv şəkildə istifadə edən bu qruplar siyasi mübarizə üsulu ilə heç bir əlaqəsi olmayan, əvvəlcədən Azərbaycan dövlətinin suverenliyinə, müstəqilliyinə və onun rəhbərliyinə yönəlmiş və hesablanmış addımlar atırlar. Bunun üçün istifadə edilən metodların və leksikonun oxşar olmasının da qeyd edildiyi sənəddə bu qrupların eyni mərkəzdən idarə olunduqları qənaətinə gəlinir. AAK Avropanın müxtəlif ölkələrində söyüş və təhqir ritorikası ilə çıxış edən hər bir şəxsə müraciət edərək yaşadıqları ölkələrin qanunları ilə yaxından taniş olmalarını məsləhət görür, bir çox Avropa ölkələrinin qanunvericiliyində həmin ölkələrin, eləcə də digər xarici ölkələrin siyasi rəhbərlərinin və onların ailə üzvlərinin təhqir olunmasına görə cəza tətbiq edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırır. Bununla bu şəxslərə yaşadıqları dövlətlərin qanunlarını pozmaqdan çəkinməkləri tövsiyə edilir. Bəyanatda deyilir ki, Azərbaycanlı mühacirlərin Ermənistan səfirlikləri qarşısında deyil, Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan səfirlikləri qarşısında keçirdikləri mitinqlər, Azərbaycan diasporunun Brüssel, Berlin və digər şəhərlərdə təşkil etdikləri etiraz aksiyalarına dəstək əvəzinə, əksinə, mane olmaq cəhdləri, Azərbaycan Prezidentinin rəsmi səfərləri zamanı ayrılmış iqamətgahlar qarşısındakı çıxışlar və çağırışlar kampaniyaları və s. bu kimi səylər siyasi mübarizə üsulu deyil. Çünki bu yanaşmalar, sadəcə, Avropada Azərbaycanın imicinə və milli birliyimizə ciddi zərbə vurmaq missiyası daşıyır. Avropa Azərbaycanlıları Konqresi Avropadakı mühacirlərə, Azərbaycan diasporunun bütün təbəqələrinə və icmalara, bütün sağlam qüvvələrə üzünü tutaraq vahid platforma altında birləşərək, qitədə Azərbaycanının maraqlarını, ərazi bütövlüyünü, suverenliyini, atributlarını və milli birliyimizi qorumağa çağırır. Rauf Əliyev Geri dön |