Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Bu il Azərbaycanda Prezidentin Ehtiyat Fondundan sosial və infrastruktur layihələrinin icrasına 147 mln. manat xərclənib
Bu il Azərbaycanda Prezidentin Ehtiyat Fondundan sosial və infrastruktur layihələrinin icrasına 147 mln. manat xərclənib |
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda Prezidentin Ehtiyat Fondundan həlli vacib hesab edilən bir sıra sosial və infrastruktur layihələrinin icrasına 147 mln. manat, o cümlədən regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, yenidən qurulması və abadlaşdırılması işlərinin davam etdirilməsinə 30 mln. manat vəsait ayrılıb.
Bunu Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxış edən maliyyə naziri Samir Şərifov bildirib. Nazirin sözlərinə görə, hesabat dövründə həmçinin 1 287 sahibkarlıq subyektinə iqtisadiyyatın müxtəlif sahələri üzrə Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına 106 mln. manat güzəştli kredit verilib ki, bunun da 34 mln. manatını dövlət büdcəsindən ayrılan vəsait təşkil edib. Güzəştli kreditlərin 74%-i ölkə regionlarının, 26%-i isə Bakı qəsəbələrinin payına düşüb, bu kreditlər hesabına 5 110 yeni iş yerinin açılacağı nəzərdə tutulub. «Hesabat dövrü ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə investisiya layihələrinin sayı 27%, verilmiş güzəştli kreditlərin məbləği 31%, yeni açılmış iş yerlərinin sayı isə 37% artıb», - deyə S.Şərifov qeyd edib. Nazir onu da bildirib ki, fermer təsərrüfatlarına kreditlərin verilməsi, lizinq xidmətlərinin yaxşılaşdırılması, kənd təsərrüfatı texnikası və aqrokimyəvi maddələrin alınması üçün «Aqrolizinq» ASC-yə 35 mln. manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 10 mln. manat vəsait yönəldilib: «Fəaliyyətə başladıqları dövrdən dövlət büdcəsindən və digər mənbələrdən üst-üstə SKMF-a 453 mln. manat, «Aqrolizinq» ASC-yə 318 mln. manat, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə isə 40 mln. manat vəsait ayrılıb». S.Şərifov əlavə edib ki, cari ilin 9 ayı ərzində regionlarda 80-dən çox müəssisə, o cümlədən 30-a yaxın sənaye müəssisəsi tikilib istifadəyə verilib, 200-ə yaxın müəssisə, o cümlədən 80-dək sənaye müəssisəsinin tikintisi davam etdirilir. Geri dön |