Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vəkillər Kollegiyasının rəhbərliyi Türk-Av Baş Assambleyasının zirvə toplantısında iştirak edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan, Hüquq > Vəkillər Kollegiyasının rəhbərliyi Türk-Av Baş Assambleyasının zirvə toplantısında iştirak edib

Vəkillər Kollegiyasının rəhbərliyi Türk-Av Baş Assambleyasının zirvə toplantısında iştirak edib


Türkiyənin Ankara və Sivas şəhərlərində Türkdilli və Əqrəba Ölkələrin Vəkillik Təşkilatları Birliyinin (Türk-Av) Baş Assambleyasının üçüncü zirvə toplantısı keçirilib.

Vəkillər Kollegiyasından bildiriblər ki, tədbirdə ölkəmizi kollegiyanın sədri Anar Bağırovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibində Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov, Rəyasət Heyətinin üzvləri Muxtar Mustafayev və Vüqar Babayev, Vəkillərin İxtisas Komissiyasının üzvü Mehman Sultanov yer alıblar.

Türkiyə Vəkillər Kollegiyaları İttifaqının sədri Metin Feyzioğlu çıxış edərək 2019-cu ilin Türkiyə üçün əlamətdar olduğunu deyib.

A.Bağırov çıxışında Türkiyə Vəkillər Kollegiyaları İttifaqının yaradılmasının 50-ci ildönümü münasibətilə təbriklərini çatdırıb, M.Feyzioğluna xatirə hədiyyəsi təqdim edib.

Toplantıda Özbəkistan Vəkillər Kollegiyası və Şərqi Azərbaycan (Təbriz) Vəkillər Kollegiyasının təşkilata üzv qəbul edilməsi məsələsinə baxılıb və müsbət qərar verilib. Daha sonra toplantı cari məsələlərin müzakirəsi ilə davam edib.

Zirvə toplantısının davamı olaraq Sivas Konqresinin 100 illiyi münasibətilə “Qurtuluşdan-Qurtuluşa, Sivas Konqresinin 100 illiyi” mövzusunda beynəlxalq hüquq qurultayı və simpoziumu keçirilib.

Tədbirdə A.Bağırov Türk-Av adından çıxış edərək Sivas şəhərinin bütün türkdilli xalqlar üçün müqəddəs olduğunu, bu tədbirin məhz burada keçirilməsinin əhəmiyyətini vurğulayıb, vəkillik peşəsinin müstəqilliyi, onun nüfuzunun artırılmasının vacibliyini qeyd edib. A.Bağırov 2019-cu ilin Azərbaycan vəkilliyinin yaranmasının 100-cü ildönümü kimi qeyd edildiyini də iştirakçıların diqqətinə çatdırıb.

Səfər çərçivəsində Vəkillər Kollegiyasının nümayəndə heyətinin Sivas şəhərinin valisi Salih Ayhan ilə görüşü olub. Görüşdə vali Vəkillər Kollegiyasına xatirə hədiyyəsi təqdim edib.

Bundan başqa, Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Türkiyə Vəkillər Kollegiyaları İttifaqı Bakının azad edilməsinin yüzillik yubileyi münasibətilə birgə bəyanat yayıblar.

Geri dön