Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Ömrün ünsiyyəti
Ömrün ünsiyyəti |
Sapa düyün düşüb,eşə bilmirəm,
Şirin xəyallara düşə bilmirəm... Gedirəm yolumu öz sürətimlə, Bu - çöldür,dərədir,meşə...bilmirəm. *** İlləri sayanda gülərdim bir vaxt, Qocalıq gəlirmiş çox səsssiz,bivaxt. Bəxtə inanmırdım heç zaman,heç vaxt, Var imiş yaxşı bəxt, həm də yaman bəxt. *** Dünyaya gələndə mən də ağladım, Neçə gün gözümə yaylıq bağladım. Böyüdüm,böyüdüm,..bilmədim niyə, Ağır günlərimi sona saxladım. *** Qayğısız günlərim,illərim getdi, Şirin nəğmə deyən dillərim getdi. (Hər sözü söyləmək,demək çətindir, Nə qədər çiçəyim,güllərim getdi). *** Mən hələ dünyaya borcluyam,aman, Kiminsə yanında suçluyam,aman... Oğul tək,qardaş tək işlərim çoxdur, Bunlara güc çatmır,yorğunam yaman. *** İndi atılan daş geri qayıdır, Ahım gözüm görən göyü dağıdır. Dünya -bu dünyadır-hamımız-qonaq, Burada hər tərəf cənnət bağıdır. *** Ehey!... Qınamasın məni nadanlar, (Adı nadandırsa,nadan nə anlar?) Sizinlə ünsiyyət necə də xoşdur, Adamlar,adamlar,yaxşı adamlar... Nazim Nəsrəddinov. 12.09.2019. Geri dön |