Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycanın kənd təsərrüfatında məhsul istehsalı son bir ildə 8% artıb
Azərbaycanın kənd təsərrüfatında məhsul istehsalı son bir ildə 8% artıb |
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın kənd təsərrüfatında ümumi məhsul istehsalı 3,877 mlrd. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6% çoxdur. Bunu kənd təsərrüfatı naziri İsmət Abasov ölkə başçısının sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib.
İ.Abasovun sözlərinə görə, bu müddət ərzində məhsul istehsalının artımı bitkiçilikdə 10,6%, heyvandarlıq sahəsində isə 3,7% təşkil edib: «Bu ilin məhsulu üçün 967,3 min hektar sahədə payızlıq və yazlıq dənli və dənli paxlalılar əkilib ki, onun da 654,2 min hektarını buğda təşkil edib. Yazlıq dənli və dənli paxlalılar da daxil olmaqla cəmi 400,3 min hektar sahədə yazlıq bitkilər əkilib ki, bu da ötən ilin göstəricisindən 5,1% çoxdur». İ.Abasov bildirib ki, bu ilin oktyabr ayının 1-nə 960,7 min hektarda və ya ümumi sahənin 99,3%-də biçin aparılıb və 2,431 mln. ton dənli və dənli paxlalılar istehsal edilib. İstehsal olunmuş ümumi məhsulun 1,640 mln. tonunu və ya 67,5%-ni buğda təşkil edib. Bu il ötən ildəkindən 331,1 min ton artıq buğda istehsal edilib, məhsuldarlıq 5,2 sentner artıb. Nazirin sözlərinə görə, mövsümün sonuna 2,450 mln. tondan çox dənli və dənli paxlalıların istehsalı gözlənilir ki, bu da ötən ildəkindən təxminən 450 min ton və ya 22,5% çoxdur. İ.Abasov Azərbaycanda pambıq yığımı dövründə hava şəraitinin əlverişsiz keçməsinə baxmayaraq, oktyabrın 17-si vəziyyətinə 33,348 min ton məhsulun toplandığını bildirib. Toplanan məhsulun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 min ton və ya 54,9% çoxdur. Geri dön |