Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vətən uğruna savaşmaq...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Vətən uğruna savaşmaq...

Vətən uğruna savaşmaq...


Aysel HƏSƏNLİ
BDU, Tarix fakultəsinin tələbəsi


Vətən uğruna savaşmaq... Bəli... Bu, olduqca çətin və şərəfli bir görəvdir. Lakin bu torpaqların igid övladı Ramil Səfərov “Canımdan öndədir bu əziz Vətən” duyğusuyla azadlığını belə ölkəsi üçün fəda etməkdən çəkinməmişdir... Bundan sonra da hər hansısa bir “düşməndən” gələn “təhlükə” qarşısında eyni qəhrəmanlığı göstərəcək bir çox övladın var olduğuna inanıram.

Vətən uğruna ölmək nə qədər önəmlidirsə, Vətənin milli dəyərlərini, şərəfini qorumaq, düşməni sürüyərək öz yurdundan çıxarana qədər həyatını fəda etmək şərt olsa belə, savaşmaq, qısacası, Vətən uğruna yaşamaq da bir o qədər önəmlidir. Çünki öldüyümüzdə düşmən daha çox daxil olacaq içərilərə və daha çox insan qətl edəcəkdir. Və yalnız bu səbəbdən dolayı ölməkdən qorxar gerçək qəhrəmanlar...

Vətənini sevən hər Türk, Vətəni uğruna savaşmaq üçün ölməmək istər... Çünki Vətən bir bütündür, torpağıyla, üzərində yaşayan sevdiklərimizlə keçmişimizi və gələcəyimizi üzərində qəbul edən bir bütün...

Bəzən qələbə elə qazanılır ki, düşmən gözümüzün içinə baxaraq danışır, hətta addım-addım sərhədi genişləndirir, lakin bu anda daxilimizdəki Vətənin şərəfini, ləyaqətini qorumaqda görəvli olan qürur hissi gözlə görünməz, amma çox dağıdıcı bir sürətlə qələbəni bizə qazandırar... Ramil Səfərov ölkəsinə bu hissi yaşatdı... azadlığının itirləmisini gözə alaraq... Və artıq uzun müddət keçməsinə baxmayaraq, O, azaddır... Gerçək azadlığın nə olduğunu bəlkə də bu anlarda Ondan daha gözəl ifadə edən tapılmaz...

Vətəni Vətən edən şəxslərin gördüyü işlərdir. Əks təqdirdə, əlimizdə olan torpaq parçası və çox sayda insan cəsədindən ibarətdir... Bəlkə də o cəsədlər torpağın “gerçək” sahibləridir, lakin öldükləri üçün çox da fərqli görünmürlər... Onların dəyəri isə tükənməzdir. Məhz özünün də dediyi kimi, qutsal torpaqlarımızda tarix boyu çox sayda insan həyatına son qoyulmasının, ardı kəsilmədən dəyərlərə təhqir etmələrinin sonucunda Ramil Səfərov “soysuz erməni”lərə görə adazlığını itirmişdi...

Bu gün, 31 avqust 2012-ci il tarixində nəinki azərbaycanlılar, bütün Türk dünyası üçün gözlənilməz bir bayram ab-havası yaşandı. Ramil Səfərov öz azadlığına qovuşdu... Doğma torpağına geri döndürüldü...

İgid! Qutsal torpağınıza xoş gəlmisiz! Vətən Sizi gözləyirdi... İntizarda qoymuşduz bizləri... Həsrət bitdi... Dəyərli soydaşım, Siz etdiyiniz qəhrəmanlıqla Vətənin bölünməzliyinə, millətin birlik və bərabərliyinə layiq, dövlət və millətimizə qarşı yönəlmiş hər türlü təhdid və təhqirə qarşı verəcəyimiz mücadilədə sarsılmaz inancımıza və tükənməz gücümüzə ilham mənbəyi oldunuz! Sizə bütün varlığımla sonsuz təşəkkürlərimi bildirirəm! Uca Tanrı Sizi qorusun və Türk millətinə çox görməsin!

Gözün aydın, Azərbaycan! Bu işdə əməyi keçən hər kəs var olsun!

Geri dön