Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Düzgün aparılmayan konservləşdirilmə botulizm ehtimalını artırır
Düzgün aparılmayan konservləşdirilmə botulizm ehtimalını artırır |
Elə məhsullar var ki, məsələn, un, yarma, makaron, kartof və s. onları uzun müddət saxlamaq mümkündür. Bununla yanaşı elə qida məhsulları da var ki, onları uzun müddət saxlamaq olmur və belə olan halda onları saxlamağın ən yaxşı yolu konservləşdirmədir. Konservləşdirmənin fiziki, kimyəvi, fiziki-kimyəvi və kombinələşdirilmiş növləri var və istehlak üçün tez bir zamanda yararlı olması onun hazırlanmasını zəruri edir.
Lakin konservləşdirilmiş məhsulların hazırlanmasında bir sıra məqamlara əməl etmək lazımdır. Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva bu barədə deyib: "İlk növbədə, konservləşmə üçün seçilmiş istənilən meyvə-tərəvəz yüksək keyfiyyətli olmalıdır. Məhsulun xarici görünüşündə və daxilində hansısa problem varsa, onun konservləşdirilməsi uzun müddət saxlamağa imkan verməyəcək və xoşagəlməz fəsadlar yaranmasına səbəb ola bilər. Məhsul konservləşdirilərkən sanitar-gigiyenik normalara əməl edilməli, onun hazırlanıb qablara yığılması tam steril şəraitdə aparılmalıdır. Əgər məhsul üzərində torpaq qalığı və ya hər hansı bir qarışıq varsa, onun qablara yığılıb müəyyən müddətdən sonra istifadə edilməsi botulizm yarada bilər. Konservləşdirmə yüksək temperaturda, sivil və steril bir şəraitdə aparılmalıdır. Həmin prosesi 100 dərəcədən yüksək temperaturda aparmaq lazımdır ki, banka daxilində orqanizmə zərər törədə biləcək mikrob və mikroorqanizm qalmasın". Şöbə müdiri daha sonra əlavə edib: “Sənaye üsulu ilə konservləşdirilmiş məhsulun qapağının üzərində şişkinlik müşahidə edilir, bombaj deyilən hal, yəni qapağın atması botulizm əlamətidir. Bəzən qapağın alt hissəsində korroziya əlamətləri görünür və yaxud qapağı açanda yüksək qaz olduğu hiss olunur. Həmin əlamətlərin hər biri konservləşdirilmiş məhsulun botulizmə yoluxduğundan xəbər verir. Vaxtında müdaxilə edilməyəndə botulizm insan həyatını itirməyə səbəb olur. Gözlərin çəpləşməsi, üz əzələlərində iflicin olması botulizmin ilkin əlamətləri hesab olunur”. Geri dön |