Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərhad Məmmədov: Ermənistan Prezidenti Serj Sarkisyan əlacsızlığını etiraf etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Fərhad Məmmədov: Ermənistan Prezidenti Serj Sarkisyan əlacsızlığını etiraf etdi

Fərhad Məmmədov: Ermənistan Prezidenti Serj Sarkisyan əlacsızlığını etiraf etdi


Ermənistan hakimiyyətinin Ramil Səfərovun ekstradisiyası və əfvinə reaksiyası isterika ilə məhdudlaşdı. Bunu şənbə günü Trend-ə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib.
"Ermənistan Təhlükəsizlik Şurasının müşavirəsinin keçirilməsi və Prezident Serj Sarkisyanın BMT-yə üzv dövlətlərin səfirləri ilə görüşdə beş dəqiqəlik əsəbi çıxışı onun faktiki olaraq öz əlacsızlığını göstərdi. O, hərəkətləri və bəyanatları ilə nümayiş etdirdi ki, Ermənistan Azərbaycanın fəal xarici siyasətinə qarşı dayana bilməz", - Məmmədov deyib.
Onun sözlərinə görə, bu, erməni diasporunun gücünə bel bağlayanlar üçün ciddi siqnaldır. Fransa Konstitusiya Şurasında qondarma "erməni soyqırımı" məsələsi ilə bağlı uğursuzluqdan sonra Macarıstan hakimiyyətinin bu addımı erməni diasporunun təsirinə ciddi zərbə oldu.
"Ramil Səfərovun qayıdışı Ermənistan üçün ciddi siqnaldır, çünki bu ölkə gücsüzlüyü və zəifliyi ucbatından heç bir təzyiq imkanlarına malik deyil. Fikrimcə, Macarıstanda Ermənistan tərəfindən diplomatik münasibətlərin dondurulması faktına görə elə də təəssüflənməyəcəklər. Lakin Macarıstan hakimiyyəti və cəmiyyəti erməni diasporunun dünya səviyyəsində təbliğatının bütün yükünü hiss edəcək. Belə ki, Macarıstanın ünvanına ən çirkin və cəfəng ittihamlar yağdırılacaq. Etiraf etmək lazımdır ki, bu, ermənilərdə yaxşı alınır. Düşünürəm ki, Macarıstan terror hücumları təhdidi səviyyəsini artırmalıdır, çünki Avropa İttifaqının vizasız məkanında terror aktı törətməyə potensial hazır olan yarım milyondan çox erməni yaşayır", - Məmmədov qeyd edib.
O vurğulayıb ki, Ermənistan Prezidenti səfirlərlə müşavirədə tərəfdaşlarını "birmənalı fəaliyyətə" çağırıb. Lakin bu fəaliyyətlər nədə öz əksini tapa bilər?! Hansı ölkə Ermənistana görə Macarıstan ilə münasibətlərini korlayacaq?!
"Görünür, Serj Sarkisyanın özü də bunu başa düşüb. Belə ki, bu çağırışdan sonra şantaj xarakterli ifadə işlədib: "Biz tərəfdaşlarımızın Ermənistan xalqının təhlükəsizliyinə olan münasibətini baş verən hadisə üzrə fəaliyyətlər əsasında mühakimə edəcəyik". "Etnik və ya dini nifrət zəminində qətl cəzasız qala bilər" bəyanatını isə ikiüzlülüyün ən yüksək həddi hesab etmək olar. Qeyd etmək lazımdır ki, Serj Sarkisyanın Ermənistan Prezidenti qismində siyasətinin mövcudluğu, Dağlıq Qarabağda etnik təmizləmələr zamanı onun başçılığı ilə erməni başkəsənlərin yüzlərlə azərbaycanlını öldürməsinə görə cəzasızlığın parlaq nümunəsidir", - Strateji Araşdırmalar Mərkəzinin rəhbəri bildirib.

Geri dön