Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, davam NƏŞRLƏRİ > "H.Z.Tağıyevin himayədarlığı ilə Bakıda nəşr olunan İşıq" (1911-1912) qadınlar qəzetinin Kırımlı böyük bacısı- "Aləmi-nisvan" (Qadınlar aləmi) məcmuəsi
"H.Z.Tağıyevin himayədarlığı ilə Bakıda nəşr olunan İşıq" (1911-1912) qadınlar qəzetinin Kırımlı böyük bacısı- "Aləmi-nisvan" (Qadınlar aləmi) məcmuəsi |
"İşıq" qəzetində zükurlar (erkəklər) da çıxış edirdilər.
"İşığ"ın redaktoru milliyyətcə tatar olan Tiflis Mamalıq İnstiutunun məzunu həkim Xədicə xanım Əlibəyova (1884-1961).Onun atası Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü idi. Qəzetin naşiri publisist,tərcüməçi,yazıçı Şəkili Mustafa bəy Cabbar bəy oğlu Əlibəyov (1872-1945 ) idi. "İşıq" qəzeti görkəmli xeyriyyəçi H.Z.Tağıyevin himayədarlığı ilə nəşr olunurdu.Burada onun maraqlı həyat yolu haqqında hələ geniş və hərtərəfli tədqiqata cəlb olunmayan onlarla yazı vardır. "Aləmi -nisvan"ın redaktoru İsmayıl bəy Qaspıralının qızı Şəfiqə xamım Qasprinskaya (14.10.1886,Bağçasaray-31.08.1975,İstanbul) Azərbaycanlı ailənin gəlinidir. Şəfiqə xanım 1902-ci ildə Bağçasaraya atasını ziyarətə gələn ziyalı gənclərdən biri ilə -əslən Gəncəli olan Həsib bəy Yusifbəyli ilə dostlaşmışdır. Gənclər 1906-cı ildə ailə qurmuşlar. "Aləmi -nisvan" 1906-1907-ci illərdə "Tərcüman"ın əlavəsi kimi ayrıca mətbu orqan kimi çıxırdı. Onun 1910-1911-ci ildəki materialları isə "Tərcüman"ın səhifələrində yayımlanırdı.Jurnalda qadınların hüququ və təhsili məsələlərinə geniş yer verilirdi. Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq Bakı. 28.09.2019. Geri dön |