Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rəsmi Bakı ABŞ Milli Təhlükəsizlik Şurası və Dövlət Departamentinin Ramil Səfərovla bağlı açıqlamasına mövqeyini bildirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Rəsmi Bakı ABŞ Milli Təhlükəsizlik Şurası və Dövlət Departamentinin Ramil Səfərovla bağlı açıqlamasına mövqeyini bildirib

Rəsmi Bakı ABŞ Milli Təhlükəsizlik Şurası və Dövlət Departamentinin Ramil Səfərovla bağlı açıqlamasına mövqeyini bildirib


Azərbaycan zabiti Ramil Səfərovun verilməsi haqqında məsələnin həllində Macarıstan və Azərbaycan "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyasının şərtlərinə tam riayət ediblər. Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov ABŞ Milli Təhlükəsizlik Şurası və Dövlət Departamentinin Macarıstanın Ramil Səfərovu Azərbaycana qaytarması və Prezidentin sərəncamı ilə əfv olunması barədə açıqlamasını şərh edərkən bildirib.
"Məhkum olunmuş şəxslərin cəzalarının qalan hissəsini çəkmək üçün təhvil verilməsi Avropa Şurası çərçivəsində 1983-cü ildə qəbul edilmiş "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyası ilə tənzimlənir. Həmin Konvensiyaya görə, sənədə qoşulmuş ölkənin ərazisində mühakimə olunmuş şəxs cəzasının qalan hissəsini çəkmək üçün sənədə qoşulmuş digər ölkəyə verilə bilər", - Ələsgərov deyib.
Onun sözlərinə görə, Konvensiya hətta mühakimə olunmuş şəxsin onun barəsində son məhkəmə hökmü çıxarılandan sonra təhvil verilməsini də əngəlləmir.
"Ramil Səfərovun təhvil verilməsində həm Macarıstan, həm də Azərbaycan Konvensiyanın tələblərinə tam əməl edib. Azərbaycan tərəfi hökmün icrasının davam etməsi proseduruna dair bütün lazımi hüquqi informasiyaları çatdırıb. Təqdim olunmuş informasiyalar əsasında Macarıstan tərəfi Ramil Səfərovu təhvil verməyə razılaşıb", - Prezident Administrasiyasının şöbə müdiri deyib.
Fuad Ələsgərovun sözlərinə görə, Ramil Səfərovun əfv olunması ilə bağlı bir məsələni xüsusi vurğulamaq lazımdır ki, Macarıstan məhkəməsinin çıxardığı hökm yalnız məhkumun hökm çıxarılandan 30 il müddətində vaxtından əvvəl şərti azadlığa buraxılması imkanlarını məhdudlaşdırır. Bu məhdudiyyət məhkumun əfv olunması və ya amnistiyaya salınması imkanlarına aid edilmir.
"Ramil Səfərov, təhvil verilmə haqqında Konvensiya nəzərə alınaraq, Azərbaycan Konstitusiyası və qanunvericiliyi əsasında əfv edilib. Konvensiyaya əsasən, hər bir tərəf əfv, amnistiya elan edə və ya ölkə Konstitusiyası, yaxud digər hüquqi aktlar əsasında məhkumun cəzasını azalda bilər", - Fuad Ələsgərov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasına əsasən, əfv prezidentin müstəsna hüququdur. Azərbaycanın cinayət qanunvericiliyinə əsasən, ömürlük həbs cəzasına məhkum edilmiş şəxslərin cəzası 25 ildən yuxarı olduqda onlar əfv edilə bilməz.
"Ramil Səfərov 2004-cü ilin 19 fevralından həbsdədir və cəzasının 8 il yarımını çəkib. Bunlar əsas götürülərək, Ramil Səfərov əfv sərəncamı ilə azadlığa buraxılıb. Odur ki, Macarıstanın Ramil Səfərovu cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycana təhsil verməsi proseduru və onun əfv edilməsi "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyası və Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğundur", - Ələsgərov deyib.

Geri dön