Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın qastroturizm potensialı Rusiyada təbliğ olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Diaspor > Azərbaycanın qastroturizm potensialı Rusiyada təbliğ olunub

Azərbaycanın qastroturizm potensialı Rusiyada təbliğ olunub


Dövlət Turizm Agentliyi 24 -27 sentyabrda Rusiyanın Moskva şəhərində keçirilmiş "World Food Moscow 2019" beynəlxalq qida sərgisində təmsil olunub.

İqtisadiyyat Nazirliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə ölkəmiz bu dəfə də sərginin tərəfdaş ölkəsi qismində "Made in Azerbaijan" vahid milli stendi ilə iştirak edib.

Dövlət Turizm Agentliyinin qurduğu stenddə ziyarətçilərə ölkəmizin turizm potensialı və yeni turizm startegiyası ilə bağlı informasiya verilib.

Ziyarətçilər 40-dan çox Azərbaycan şirkəti ilə tanış olmaq imkanı əldə ediblər, 400 kvadratmetrdən böyük olan milli stenddə sərgilənən yerli kənd təsərrüfatı və qida məhsulları ilə tanış olublar.

Ölkəmizin aqroturizm və qastroturizm potensialının əyani nümayişi məqsədilə Agentlik tərəfindən mətbəx qurulub və gündəlik müəyyən edilmiş tematikaya əsasən Azərbaycanın milli mətbəx nümunələrindən ibarət süfrə açılıb.

Ustad dərsləri zamanı Azərbaycan mətbəxinin 21-ci əsrdə dərin etnoqrafik köklərə bağlı qalaraq təkmilləşdirilməsindən, istifadə edilən məhsulların biomüxtəlifliyindən, mətbəx nümunələrinin özlərinin və hazırlanma vasitələrinin YUNESKO-nun Qeydri-maddi Mədəni İrs Siyahısında olmasından bəhs edilib.

4 gün ərzində sərgi ziyarətçilərinə təqdim olunan katoloq və bannerlərdə Azərbaycan barədə məlumatlar yerləşdirilib və sərginin keçirildiyi zallarda “Azerbaijan: Take Another Look” (Azərbaycan: Bir daha bax) turizm brendinin reklam çarxları nümayiş olunub.

Geri dön