Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Diaspor > Tehranda qəbul olunmuş Yekun Sənəddə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi qeyd olunub
Tehranda qəbul olunmuş Yekun Sənəddə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi qeyd olunub |
Tehranda keçirilmiş Qoşulmama Hərəkatının Zirvə toplantısının sonunda qəbul olunmuş Yekun Sənəddə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi qeyd olunub.
XİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, sənəddə dövlət və ya hökumət başçıları Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamış qalmasından, onun beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid etməyə davam etməsindən təəssüfləndiklərini ifadə ediblər. Onlar BMT nizamnaməsində təsbit olunmuş gücdən istifadə etməmək prinsipinin vacibliyini bir daha təsdiqləyib və tərəfləri münaqişənin Azərbaycan Respublikasının ərazi bütovlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində danışıqlar yolu ilə həlli üçün səylərini davam etdirməyə çağırıblar. Qeyd edək ki, bu ilin 30-31 avqust tarixlərində Tehranda keçirilmiş Qoşulmama Hərəkatının Zirvə toplantısının sonunda Yekun Sənəd qəbul olunub. Sənədin 391-ci maddəsi Ermənistan-Azərbaycan münaqişəsinə həsr edilib. Geri dön |