Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Behoz Ərdala açıq məktub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Behoz Ərdala açıq məktub

Behoz Ərdala açıq məktub


Bu millətin şəhid edilən hər əsgəri dünyadan bayrağa köçür

Behoz Ərdal, kim ki, türkün torpağına göz dikib, özünün ölüm hökmünü qollayıb. Yəqin ki, bunu sənə çox deyiblər. Amma inanmamısan. İndi bax, türkün qəzəbini dadmaq sənə lazım idi?
1978-ci ildən bəri 20.000 türk əsgəri öldürdünüz, türk susdu, təşkilatınızı qanuniləşdirmək istədiniz, türk susdu, parlamentdə təmsil olunan tək terror təşkilatı oldunuz, türk dinmədi. Amma çox qabağa getdiniz. Siz bütün güzəştləri çeynədiniz - xaricilərin fitvasına uyub türk əsgərinə barmaq uzatdınız. Bilirəm, indi barmağınızın ağrısı sizi çox incidəcək- üç lider, 100-ə qədər silahlı . Amma bunu siz istədiniz.
Bu millətin bayrağı, qoynunda yüzminlərlə şəhidin qanını gəzdirir. Bu bayraq, bu millət, bu dövlət şəhidlərinin qanıyla şöhrətinə qovuşub. Bu millətin şəhid edilən hər əsgəri dünyadan bayrağa köçür. Zatən bu ulusu bu qədər yenilməz, güclü edən şəhidlərdir.
İslam dinini könlünə yaxın buraxandan bəri türklər döyüşə “Allah, Allah” deyərək giriblər. Ta qədimdən Tanrını qəlblərinə buraxan türklər onu hər zaman yanında görüblər. Tanrı da bunu görüb və heç bir zaman türk ulusunu yalnız buraxmayıb. Erməni, kürd, çinli, rus-kim olursa olsun, türkə barmaq uzadan hər ulusun barmağı hər zaman kəsilmişdir. Dağın sıldırım qayasından Tanrıya səslənən bozqurdun sədalarının cavabsız qaldığı tək bir an belə olmamışdır. Bu ay, ulduz belə türk şəhidiylə eyni bayraqda bulunmağından şərəf bulmuşdur. Bu torpaqlar şəhid qanını, o səma şəhid ruhunu qoynuna almaqdan əsla vaz keçməmişdir. Qoy farslar, çinlilər, ruslar, ingilislər duysunlar : türkə həqarət edən, onu tapdalamağa çalışan hər kəsin qarşısında 300 milyon türkdən başqa yer, göy, dağ, dərə, ən əsası Tanrı duracaq. Türklə döyüşüb dağlara çəkilənə dağlar, dəryalara çəkilənə dəryalar məzar olacaq. Tanrı türkü qoruyur! Qoy bunu hər kəs bilsin!
Türkə öz dilində həqarət edən hər kəsə, fələk öz dilində hayqırır: “Sənsən!” (Əfzələddin Xaqani).

Şahlar Ruhi

Geri dön