Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda I sinfə gedəcək şagirdlərin sayı 4 faiz artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Azərbaycanda I sinfə gedəcək şagirdlərin sayı 4 faiz artıb

Azərbaycanda I sinfə gedəcək şagirdlərin sayı 4 faiz artıb


2012-2013-cü tədris ilində Azərbaycanda ümumi təhsil məktəblərinin I sinfinə qəbul olunacaq şagirdlərin sayı ötən tədris ilinə nisbətən 5046 nəfər (4,02 faiz) çox olacaq.
Təhsil Nazirliyindən bazar ertəsi verilən məlumata görə, 2012-2013-cü tədris ilində 130454 şagirdin I sinfə qəbul olunacağı proqnozlaşdırılır.
2011-2012-ci dərs ilində I sinif şagirdlərinin sayı 125408 nəfər olub. Bu göstərici, 2010-2011-ci tədris ilində isə 120032 nəfər təşkil edib.
Yeni tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I sinfinə 36102 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində bu göstərici 35509 nəfər olub.
Nazirlikdən bildirilib ki, təhsil nazirinin əmri ilə təsdiq olunmuş müvafiq qaydalara əsasən, ümumi təhsil məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda oktyabrın sonunadək 6 yaşı tamam olacaq istedadlı uşaqlar da məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər. Noyabrda 6 yaşı tamam olacaq xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələsinə isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılaraq müvafiq qərar verilir.

Geri dön