Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Müəllimə qayğı xoşbəxt gələcəyin təminatıdır
Müəllimə qayğı xoşbəxt gələcəyin təminatıdır |
Həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramı bütün cəmiyyət üçün əlamətdardır. 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ölkəmizdə 1993-cü ildən qeyd edilməyə başlayıb. Müəllim adı tarixən həmişə fədakarlıq, əzm, Vətənə və millətə sevgi, insanpərvərlik anlayışları ilə birgə xatırlanıb. Müəllim olmaq ona görə şərəflidir ki, müstəqil Azərbaycanımızın gələcəyinin daha möhkəm təməllər üzərində qurulması yolunda onların əməyi ölçüyəgəlməzdir. Müəllim əməyi, təmənnasız xidməti ilə müqəddəslik qazanıb. Ona görə də istər qeyri-rəsmi, istərsə də rəsmi çərçivədə hər zaman müəllimə hörmət, ehtiram bəslənilir. Azərbaycanın böyük müəllim ordusu respublikamızın intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan fəaliyyət göstərir.
Bunu müsahibəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib. O bildirib ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşünə, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar cəmiyyəti daha da inkişaf etdirir. Müəllimlər yeni cəmiyyət quruculuğunun ən fəal iştirakçılarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməsində müəllimlərin əvəzsiz xidmətləri var. Bildiyimiz kimi, paytaxt üzrə ali məktəbə qəbul göstəricilərində müsbət dinamika müşahidə olunur. Azərbaycan beynəlxalq təhsil reytinqlərində bütün göstəricilər üzrə irəliləyir, beynəlxalq olimpiadalardakı uğurların sırası genişlənir. Bu uğurlar, dünyaya səs salan azərbaycanlı gənclər isə müəllimlərin əsərləri, müəllimlərin xidmətinin nəticəsidir. Müəllimin uğuru cəmiyyətin, millətin, dövlətin, ümumilikdə Azərbaycanın uğurudur. Bir sözlə, müəllimlərin misilsiz xidmətlərini saymaqla bitirmək olmaz! Necə ki, dünya yaranandan öyrədən var, müəllim var, dünya durduqca da müəllimə ehtiyac həmişə duyulacaq. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin rifahının yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayıb. Diqqətə çatdırılıb ki, ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin təhsilə qayğını dövlət siyasətinin prioritetləri sırasına daxil etməsi ölkəmizin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Yeni, müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini yaxşılaşdırır, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir. Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı, birinci xanım Mehriban Əliyevanın təhsilimizin himayədarı kimi yorulmaz fəaliyyəti təhsil işçilərini daha da ruhlandırır. Ölkəmizdə müəllimlər dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Təhsilimizin və təhsil işçilərinin hamisi, təhsili Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biri adlandıran dövlət başçısı İlham Əliyevin sərəncamları ilə hər il Beynəlxalq Müəllimlər Günü ərəfəsində bir çox müəllim fəxri ada və dövlət təltiflərinə layiq görülür. 2019-cu il oktyabrın 3-də ölkə Prezidentinin müvafiq sərəncamları ilə bir sıra qabaqcıl təhsil işçiləri “Tərəqqi medalı” ilə təltif olunub, “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Bu sırada paytaxt müəllimlərinin olması da çox sevindiricidir. Rəşad Tağıyev qeyd edib ki, təhsil işçilərinin əməkhaqlarının artırılması, onların mükafatlandırılmaları, fəxri adlarla təltif edilmələri, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar təhsil işçiləri üçün böyük stimul olmaqla yanaşı, həm də hər birimizin məsuliyyətini artırır. Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il iyunun 18-də imzaladığı “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında”, “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında”, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncamlar sentyabrın 1-dən qüvvəyə minib. Dövlətimizin başçısının qeyd olunan sərəncamları son illər ərzində təhsil işçilərinin sosial müdafiəsinə yönələn diqqətin daha bir bariz nümunəsidir. Sevindirici haldır ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllimlik rəqabətli bir peşəyə çevrilir. Bu isə ümumilikdə müəllim peşəsinə marağın artmasına səbəb olur. Müəllim nüfuzunun artırılması, nüfuzlu təhsilverənin formalaşdırılması istiqamətində dövlətin təhsil siyasətinə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. İşə qəbul çərçivəsində aparılan şəffaf seçimlər, həyata keçirilən məqsədyönlü işlər nəticəsində müəllim peşəsinin nüfuzu və bu ixtisası seçən gənclərin sayı əhəmiyyətli şəkildə artıb. Dövlətin məktəbə, təhsilə, müəllimə göstərdiyi qayğının nəticəsidir ki, bu gün ali məktəbə qəbul olunan gənclərimiz arasında təkcə qızlar deyil, oğlanlar da ilk seçdikləri ixtisaslar arasında müəllim peşəsinə daha böyük maraq göstərirlər. Bu gün təhsil sahəsində davamlı olaraq həyata keçirilən islahatlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və bəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəkdir. Yaradılmış şərait və dövlət qayğısı təhsil işçilərini daha da ruhlandırır, öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edir. Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təltif olunmuş bütün müəllimləri, onların simasında paytaxt məktəblərində çalışan bütün təhsil işçilərini təbrik edir, möhkəm cansağlığı, məsul və şərəfli işlərində daha böyük uğurlar arzulayıram. Geri dön |