Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sabahdan Azərbaycanda hava şəraiti sabitləşəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Sabahdan Azərbaycanda hava şəraiti sabitləşəcək

Sabahdan Azərbaycanda hava şəraiti sabitləşəcək


Sabahdan Azərbaycan ərazisində hava şəraiti sabitləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 4-də hava şəraitinin əsasən dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-23, gündüz 26-30 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.
Sentyabrın 4-də Abşeron yarımadasında mövsümə uyğun temperatur rejimi və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir. Sentyabrın 5-i və 6-da isə atmosfer təzyiqinin xeyli tərəddüdü, 5-də arabir güclənən gilavar küləyinin 6-da güclü xəzri küləyinə keçməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər
Azərbaycanın rayonlarında sentyabrın 4-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.

Geri dön