Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > 145 yaşlı Şamaxı Məclis Məktəbi (indiki Şamaxı Avropa Liseyi)
145 yaşlı Şamaxı Məclis Məktəbi (indiki Şamaxı Avropa Liseyi) |
Türk dünyasının fazillərindən biri olan Səid Əfəndi Ünsizadənin
(1842, Şamaxı - 1903,İstanbul) 1874-cü ildə Şamaxıda yaratdığı Məclis Məktəbinin ( indiki Şamaxı Avropa Liseyinin) 2014-cü il dekabrın 13-də140 illik yubileyini böyük təmtəraqla Şamaxı Mədəniyyət Sarayında keçirilmişir. O vaxt dəvətli olsalar da, bu tarixi əhəmiyyəti olan tədbirə Azərbaycan Respublikası Təhsil Nazirliyindən heç kəs gəlməmişdi. Tədbirə dəvət alanlardan RespublikaTəhsil Şurasının sədri,professor ƏjdərAğayevin tədbirdəki çıxışı maraqla qarşılanmışdı. Ərazinin Milli Məclisdə fəal görünən deputatı da bu böyük tədbirdə iştitak edə bilməmişdi; deyəsən, Avropaya ali iclasların birinə getmişdi. Respublika əhəmiyyətli böyük dövlət tədbirə dəvət olunduğu üçün Şamaxının icra başçısı tədbirə öz müavinini göndərmişdi. O vaxtlar Azərbaycan Respublikasının vergilər naziri- bu məktəbin məzunu Fazil Məmmədov tədbirin maliyəməsələlərinə kömək etsə də,tədbirə gəlməyə vaxt tapmamışdı. Tədbir çox maraqlı keçdi. Biz hər nəsnədən əvvəl Azərbaycan təhsilinin müəyyən şərəfli səhifələrini Avropadan gəlib, Azərbaycanda bizə dərs keçən Qraeme Pollock'a göstərə bildik. Mister Q.Pollock onda Bakıdakı Avropa Azərbaycan Məktəbinin direktoru idi.Bu məktəb Şamaxı AvropaLiseyi ilə qardaşlaşmış təhsil ocağıdır. Q.Pollock indi Azərbaycan Müəllim İnkişaf Mərkzinin -AMİM-in rəhbəridir. Tədbirdən keçən illər ərzində Məclis Məktbinin yaradıcıları haqqında çoxlu yeni materiallar tapılmışdır. Səid Ünsizadənin və burada S.Ə.Şirvani ilə birlikdə müəllimlik edən Cəlal Ünsizadənin həyat vəyaradığılıqları haqqında kölgədə qalan xeyli məlumat və informasiyalar aşkarlanmışdır. Səid Ünsizadənin və onun qardaşı Cəlal Ünsizadənin foto şəkilləri tapılmışdır. Ünsizadələr nəslinin -Türkiyədəki nümayəndələri haqqında təhsil tariximiz üçün gərəkli olan ziyalılarnəslinin nümayəndələri ilə əlaqələr yaradılmışdır..Onlar Türkiyənin elit təbəqələrini təmsil esən Ünsi'lər və Arkun'lardır. Hörmətli təhsil tarixçiləri və təhsil ictimaiyyəti! Gəlin , Şamaxı Məclis Məktəbinin 145 illiyini daha geniş miqyasda,respublika səviyyəsində keçirək. Səid Ünsizadənin həyat və yaradıcılığının tədqiqatçısı, təhsiləsələdən hali olan, təhsil tariximizin araşdırıcısıkimi, mən bu işdə əlidən gələn köməkliyi etməyə hazıram. Unutmayın ki,Şamaxı Məclis Məktəbi türkdilli məktəb tarixinin mötəbər təhsil ocaqlarından biri olmuşdur. Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq 05.10.2019. Geri dön |