Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanda zərərsizləşdirilən 11 silahlıdan ikisi respublika vətəndaşıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Borçalı > Gürcüstanda zərərsizləşdirilən 11 silahlıdan ikisi respublika vətəndaşıdır

Gürcüstanda zərərsizləşdirilən 11 silahlıdan ikisi respublika vətəndaşıdır


Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Lopota dərəsində keçirilən xüsusi əməliyyat zamanı məhv edilən 11 yaraqlının ikisinin ölkə vətəndaşı olduğunu təsdiq edib. Bu barədə şənbə günü DİN-in bəyanatında deyilir.
"İctimaiyyətin ali marağından çıxış edərək xüsusi əməliyyat zamanı məhv edilən şəxslər barədə yeni məlumat vermək istəyirik. Ekspertiza, baxış və keçirilən istintaq fəaliyyəti nəticəsində zərərsizləşdirilən 11 silahlının yeddisinin şəxsiyyətini dəqiqləşdirmək mümkün olub. Şəxsiyyəti müəyyənləşdirilən yeddi yaraqlıdan ikisi Gürcüstan vətəndaşıdır. Bunlar Asalan Marqoşvili (1990-cu il təvəllüdlü) və Baxaudin Kavtaraşvilidir (1986-cı il)", - məlumatda deyilir.
Silahlılardan beşi Rusiyanın Şimali Qafqaz bölgəsindəndir, onlardan biri Baxaudin Baqakaşvili (1986-cı il) Çeçenistanda anadan olub və Pankissi dərəsində qohumları var.
Şəxsiyyəti dəqiqləşdirilən digər silahlılar aşağıdakılardır: Dukvaxa Doşuyev (1968-cı il, Çeçenistan, Vedeno şəhəri), Salam Zaurbekov (1991-ci il, Çeçenistan, Qroznı şəhəri), Cəbrayil Xaşiyev (1989-cu il, İnquşetiya), Musa Aduyev (1981-ci il, Çeçenistan, Qroznı).
Qeyd edək ki, Gürcüstan DİN avqustun 28-də Lopota dərəsində Dağıstanla sərhəd yaxınlığında aşkar edilən təxribat qrupunun neytrallaşdırılması və onların girov götürdükləri adamların azad edilməsi üzrə əməliyyat aparıb. Nazirliyin məlumatına görə, Rusiyadan Gürcüstana bir qrup təxribatçı keçib. Onlar yerli sakinlərdən üç qrup girov götürüblər. Hər qrupda 2-3 nəfər girov olub. Girovların hamısı azad edilib, 11 yaraqlı məhv edilib. Meşələrdə silahlı qruplaşmanın bir neçə yaralı üzvünün gizləndiyi ehtimal edilir.

Geri dön