Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Payız allergiyalarının səbəbi
Payız allergiyalarının səbəbi |
Mövsüm dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Havalar soyuduqca rast gəlinən xəstəliklər sırasında mövsümi allergiyalar da çoxalır. İmmun sistemi zəifdirsə, onda müxtəlif xəstəliklərə tutulma ehtimalı da yüksəlir. Yuxarı tənəffüs yolları sistemi dəyişən havaya qarşı daha həssas olur və bu zaman allergik xəstəliklərdən əziyyət çəkənlərdə ciddi problemlər yaranır.
Uşaq Bərpa Müalicə Mərkəzinin həkim-allerqoloqu Pərvanə Hüseynova deyib: “Allergenlər hər mövsümə uyğun olaraq müxtəlifdir. Orqanizmdə hər hansı reaksiyaya səbəb olan amillər allergenlər hesab olunur. Payız allergenlərinin əsas səbəblərindən biri də çiçəkləmə dövründə olan bitkilərin tozcuqları və kif göbələklərinin sporlarının çoxalmasıdır. Həmin allergenlər daha çox allergik rinit və bronxial astma xəstəliklərinə səbəb olur. Kif göbələkləri əsasən qapalı şəraitdə inkişaf edir. Rütubəti çox sevdiklərindən evdə, xüsusilə hamam otağında onların çoxalması üçün münbit şərait olur. Otaq şəraitində becərilən dibçək gülləri də allergenlərə səbəb ola bilir”. Allerqoloq daha sonra əlavə edib: “Bitki tozcuqları və kif göbələklərinin sporları əsasən külək vasitəsilə yayılır. Hətta çox uzaq məsafədə bitən bitkinin tozcuğu da külək vasitəsilə yaşadığımız məkana gələ bilər. Ona görə də mövsümü allergiyadan qorunmaq üçün xüsusilə açıq havada olduğu müddətdə uşaqların ağzını tənzif-maskalarla bağlamaq lazımdır”. Mütəxəssislər bildirilər ki, çiyələk, fındıq, yumurta və balıq yeyilməsi də allergiyaya səbəb olan amillər sırasındadır. Geri dön |