Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Türk dünyası həftəsi” çərçivəsində silsilə tədbirlər təşkil edəcək
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Türk dünyası həftəsi” çərçivəsində silsilə tədbirlər təşkil edəcək |
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Naxçıvan Müqaviləsi”nin 10 illiyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə görüşünə həsr olunmuş “Türk dünyası həftəsi” çərçivəsində bir sıra tədbir, rəsm sərgisi və beynəlxalq səviyyəli elmi konfrans keçirəcəkdir.
Bununla əlaqədar, türk dünyasının dahi şairi Nizami Gəncəviyə həsr olunmuş “Nizaminin türkçülüyü və türkçülüyə yanaşması Azərbaycan muzeyşünaslığında” adlı kitabın M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında təqdimatı nəzərdə tutulur. Eyni zamanda, İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş beynəlxalq konfrans, eləcə də türkdilli xalqların ortaq yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının kollokviumunun 30 illiyi və eposun yeni tapılan 13-cü boyunun müzakirəsinə həsr olunmuş beynəlxalq elmi yığıncaq Azərbaycan Dillər Universiteti ilə birgə keçiriləcəkdir. Türk dünyasında qadınların tarixdəki rolu, ictimai həyatda iştirakı və mədəni irsə təsirindən bəhs edən “Türk dünyasının qadını: keçmişdən bu günə” beynəlxalq konfrans və qadınların əl işlərindən ibarət sərginin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilməsi nəzərdə tutulub. “Saplar arasında harmoniya” - Macarıstanın Azərbaycandakı səfirliyi ilə birgə qobelen sənət nümunələri, “Türk dünyasının cənnət bağları” adlı tanınmış rəssam Cəmilə Haşımovanın əsərlərinin nümayiş etdiriləcəyi sərgilər “Türk dünyası həftəsi” ərzində gerçəkləşəcək. Qeyd edilməlidir ki, həyata keçiriləcək tədbirlərin başlıca məqsədi Fondun prioritetlərindən olan türk ölkələrində müasir cəmiyyətin formalaşmasında müstəsna rol oynamış türk xalqlarının zəngin mədəniyyət xəzinəsi, tarixi, adət-ənənəsinin qorunması, təbliği və dünyaya tanıdılmasıdır. Geri dön |