Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Nazim Nəsrəddinov: - Kitab axtarışları
Nazim Nəsrəddinov: - Kitab axtarışları |
Hər bir kitab-- dil kitabı...
Dil kitabı-əl kitabı... Dil kitabı- him kitabı... Dil kitabı - cim kitabı.. .. Dil kitabı - lal kitabı, dil kitabı- hal kitabı.. Kitab var ki- söz kitabı, kitab var ki - hər adamın öz kitabı... Kitab var ki, od kimidir, kitab var ki, qor kimidir. Ktab var ki, hərflərini gözün görmür, oxuduğun tor kimidir. Kitab var ki, əsrlərdən keçib gəlib. hər diyarın bulağıdan şirin sular içib gəlib. Kitab var ki, nadanarı adam edir, kitab var ki, insan ömrün bir andaca tamam edir. Kitab var ki, hər sözünün sətiraltı mənası var. Kitab var ki, tərcüməsiz hər cümsi hər adama əyan olur. Kitab var ki,oxuyursan, oxuduğun ziyan olur.... Kitab var ki, oxuyanlar fazil olub... Kitab var ki, müqəddəsdir, nazil olub.. Çoxaldıqca günümüzün kitabları çözələnir, incələnir deyilən söz, dəyişilir insanların bir -birin xitabları; nökər kimi işləyən də bir bəy olur, süpürgəçi - xanım olur, belə halda "xanım" sözü, kimlərəsə qənim olur... Kitab var ki, oxuyursan, eləsi var-toxuyursan... Eləsi var sağolmuşlar elə yazıb-pozublar ki, tamam-kamal tammacadır... Başqa sözlə - atmacadır,tutmacadır. *** Kitab - dildir-hər millətin dil kitabı, əl kitabl, him kitabı, cim kitabı.... Danışmıramhim-cim ilə, dərdə əlac axtarıram.. Yaxşı kitab yazanlara, kitabdan tac axtarlram... 10.10.2019.. Geri dön |