Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Nizami Gəncəvinin "Xəmsə"sinin naməlum nüsxəsi tapılıb
Nizami Gəncəvinin "Xəmsə"sinin naməlum nüsxəsi tapılıb |
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü Rafael Hüseynov dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə"sinin naməlum nüsxəsini tapıb.
Rafael Hüseynov Çexiyanın Praqa şəhərində ezamiyyətdə olarkən XIV əsrdən fəaliyyət göstərən və bu gün Çexiyanın Milli Kitabxanası olan zəngin kitablar və əlyazmalar xəzinəsində "Xəmsə"nin naməlum nüsxəsini aşkarlayıb. Rafael Hüseynovun verdiyi məlumata görə, Nizami Gəncəvi "Xəmsə"sinin bu nüsxəsi XVII əsrdə köçürülüb. Bu nüsxəni Nizaminin indiyə qədər elmə bəlli olan digər əlyazmalarından fərqləndirən əsas xüsusiyyət onun son dərəcə nəfis şəkildə işlənməsi, 80-nə yaxın miniatürlə bəzədilməsidir. İcra tərzinə və üslub xüsusiyyətlərinə görə bu miniatürlər Təbriz məktəbi ənənələrini nümayiş etdirir. İstər əlyazmanın özünün tərtibi, istərsə də ona çəkilmiş miniatürlər bu nadir nüsxənin çox yüksək dəyərindən xəbər verməkdədir. "Xəmsə"nin gözəl məsnəvi xətti ilə qələmə alınmış mətni də digər bəlli nüsxələrin çoxundan orijinala sadiqliyi, təhriflərin olmaması ilə seçilir. Qeyd edək ki, Nizami tədqiqatçısı Rafael Hüseynov həmin əlyazma haqqında ayrıca kitab da çapa hazırlayır. Yaxın aylarda nəşr ediləcək həmin kitab ingilis, çex və Azərbaycan dillərində olacaq. Kitabın Bakıda, ilin sonunda isə Praqa şəhərində (Çexiya) təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub. Geri dön |