Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > “ŞAHIN ORDUSU”
“ŞAHIN ORDUSU” |
(çoxhissəli milli-ideoloji, dedektiv, dramatik povest)
*BİRİNCİ BÖLÜM* “ONLAR İÇİMİZDƏ” Hava təzəcə işıqlanmağa başlamışdı ki, gənc kəşfiyyatçı Mete Aydının telefonuna bir “özəl” mesaj gəldi. Gecə həddən artıq gec yatmasına baxmayaraq sanki gələn qısa mesaj səsini duyan Mete dərhal oyandı. Mesajı görür-görməz ayağa qalxıb geyinməyə başladı. Deyəsən bu mesaj onun üçün yuxusundan, hətta hər şeydən önəmli idi. Çünki gecə yarısından xeyli keçənə qədər iki gün əvvəl rəhbəri Kürşad bəyin ona dediklərini düşünə-düşünə türkoloq alim Aydın Muradzadənin ona konfransların birində hədiyyə etdiyi kitabını oxumaqla məşğul idi. Kürşad bəyin dediklərini düşündüyü üçün kitaba çox da diqqət ayıra bilməmişdi. Amma hər halda indi bir qədər rahatlamışdı, çünki onun fikrincə bugünkü görüşdə hər şey aydın olacaqdı… Günəşin qızılı şüalarıyla “bəzənən” dağların yamacında salınmış maşın yolunda qara rəngli bir “KAVASAKİ” (motosiklet) peyda oldu. Sürəti və sürücünün gərgin dərisi bu gün ola biləcəklərin sanki müjdəçisiydi. İstanbulda xüsusi “Əks-Kəşfiyyat” binasının önündə dayanan mosikletdən ağır hərəkətlərlə enən Mete Aydın başındakı təhlükəsizlik dəbilqəsini çıxardıqdan sonra ətrafa belə baxmadan binanın girişinə doğru irəlilədi. Qapıdakı qarovul onunla salamlaşdıqdan və “xüsusi vəsiqəsini” gördükdən sonra onu binaya buraxdı. Gənc kəşfiyyatçını burda çoxdan tanıyırdılar, həm də getdiyi əməliyyatlarda qazandığı uğurlarına görə. Amma buna baxmayaraq dövlət qanunlarının əsas olduğunu hər kəs yaxşı bildiyi üçün gündəlik proseduru kimsə axsatmağa meyilli deyildi. Bir neçə dəqiqə sonra toplantı otağında stol arxasında qarşılıqlı oturan əks-kəşfiyyat agentləri yeni bir əməliyyat haqqında danışırdılar. Yalnız Türkiyə Cümhuriyyətinin deyil, eyni zamanda digər Türk dövlətlərinin gələcək taleyi ilə bağlı çox ciddi bir problem yaranmışdı və Kürşad Ercan başda olmaqla hər kəs bu problemi aradan qaldırmağın yolları haqqında fikirləşirdilər. Toplantı iştirakçıları yaranmış vəziyyətdən çox narahat olsalar da, baş verə biləcək dəhşətli hadisələrin nəticələrini düşünüb stressə qapılsalar da, özlərini olduqca böyük peşəkarlıqla aparıb soyuqqanlılıq nümayiş etdirirdilər. Çünki bu qurumda hisslərini büruzə vermək, emosionallığa qapılmaq doğru qəbul edilmirdi. Məhz ona görə otaqda danışılanları diqqətlə dinləyən Mete Aydın da hisslərini cilovlamağa, məsələləri yüksək peşəkarlıqla dəyərləndirməyə çalışırdı. Bir saat sonra otaqda yalnız Kürşad Ercan və onun sevimli agenti gənc dəliqanlı Mete vardı. Kürşad bəy Meteyə xüsusi bir tapşırıq verib: - Diqqətli ol! Bu çox ciddi məsələdir! Əməliyyat zamanı buraxacağın adi bir kiçik bir səhv hər şeyi təhlükəyə ata bilər. Hələki bu barədə geniş məlumatımız yoxdur, amma ehtimallar böyükdür! – deyə əlavə etdi. Gərginliyi komandirindən gizlətməyə çalışan gənc kəşfiyyatçı sadəcə: - Hər şeyi başa düşdüm. Siz narahat olmayın! – deyə qısa cavab verib otağı tərk etdi. Kürşad Ercanın baxışlarında isə böyük bir narahatlılıq hiss olunurdu. Çünki yaranmış problem onun düşündüyündən də böyük idi və həll edilməsəydi bütün təşkilat, hətta dövlət parçalana bilərdi... Bir həftə sonra rəhbərliyin ona verdiyi bir çox tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən Mete son olaraq keçmiş nazirin evinə doğru yollandı. Bu tapşırıq öncəkilərdən daha məsuliyyətli və çətin idi. Çünki gənc kəşfiyyatçı özünü son dərəcə soyuqqanlılıqla aparıb “F.S.”-ə bir şey hiss etdirmədən onu təhlükəsizliklə evindən çıxartmalı və öncədən evin yaxınlığında pusqu qurmuş yoldaşlarına təhvil verməli idi. Məsələ eləydi ki, əgər keçmiş nazir son anda nədənsə şübhə duyardısa, anında gizli keçiddən qaça və ya canına qıya bilərdi. Onun sağ ələkeçirilməsi isə təşkilat və dövlət üçün böyük önəm daşıyırdı. Görüşdə Mete keçmiş nazirə bir yalan uyduraraq guya Təlükəsizlik Şurasının qərarıyla gəldiyini və ona dövlətin ehtiyacı olduğunu, xüsusi bir əməliyyatda rəhbərlik verildiyini dedi. Nazir başda inanmasa da, sonra ancaq prezidentə məxsus bir “gizli emblemi” (təhlükəsizlik baxımından) gördükdən sonra inandı və sakitcə Meteyə qoşulub öz malikanəsini tərk etdi. Yolda isə əvvəlcədən qurulmuş plana əsasən “Şuranın əməkdaşları” tərəfindən (nazirə elə çatdırımışdı) təhvil alınaraq bir zirehli qara rəngli mikroavtobus vasitəsiylə aparıldı. BİR NEÇƏ GÜN SONRA... Mete Aydın gərgin halda otağına girdi. Sonra bir qədər susqun tərzdə bir neçə saniyə ərzində şoka düşmüşcəsinə sükuta qərq oldu. Daha sonra yuxudan ayılmış kimi özünə gəldi və cəld masasına yönəldi. Pencəyinin cibindən ona verilən xüsusi “flashcard”-ı çıxarıb stula əyləşdi. Sonra kompüterini yandırdı və “flashcard”-ı qurğuya qoşdu. Üzündə səbirsiz, tələskən bir ifadə olsa da, sistemin açılmağını səbirlə gözləməyə məcbur oldu. Nəhayət, şifrəni yazıb gizli dosyalara baxmağa başladı və belə bir məlumat monitorda yayımlandı: - “Keçmiş nazir “F.S.” həbsdə sorğulanarkən, vaxtilə “Şahın Ordusu”-ndan sadəcə istifadə etməklə qalmadığını, eyni zamanda bu təşkilata sponsorluq da etdiyini söyləmişdir. Daha sonra bu qərarın 1985-ci ildə qəbul olunduğundan da bəhs etdi və “Şahın Ordusu”-na inqilab sonrası İran tərəfindən pul yardımı edildiyini və təlim verildiyini, bundan başqa, İranın Yaxın Şərqdə terror təşkilatları vasitəsilə “İslam hökumətləri” qurmaq istədiyini etiraf etmişdir... Mete Aydın bu yazılardan sonra onlarla məlumat dolu dosyanı açdı. Bir qədər sonra isə oxuduqlarından və gördüklərindən dəhşətə gələn gənc kəşfiyyat agenti otağın pəncərəsinə və oradan batmaqda olan günəşin al rəngli şüalarına doğru baxaraq, yorğun şəkildə: - Əgər bu məlumatlar doğrudursa, o zaman dövlətimiz və digər Türk dövlətləri böyük bir təhlükə içərisindədir. Və bu təhlükə "ağacı içindən yeyən qurd"-a misal, dəhşətli nəticələr doğura bilər. – deyə, böyük təəssüf və qorxu içində öz-özünə deyindi... Axşamçağı İstanbulun boğaz mənzərəsinə heyranlıqla tamaşa edən Kürşad Ercan Mete Aydınla bir kafedə görüşdü. - Biz milli layihələri həyata keçirərkən onların varlığından tamamən xəbərsiz olmuşuq. Bu neçə illər ərzində qarşımıza müxtəlif tipli qruplar çıxdı. Biz xarici düşmənlərlə savaşarkən daxili düşmənlərimizi sanki unutduq. Unutmaq deyil də, sadəcə düşmənimizi yetərincə qiymətləndirmədik. – deyə, əks-kəşfiyyat komandiri söz başladı. - Deməli düşmən bizi addımbaaddım izləyə bilib. – Mete Aydın öz fikrini bildirdi. - Bu neçə il ərzində onlarla anti-terror əməliyyatları və milli layihələrə dəstək üçün keçirdiyimiz təhlükəsizlik əməliyyatları düşməni sarsıtsa da, məhv etməyib. Çünki onlar bizim qədər şərəfli deyil! Nizami qaydada döyüşmürlər. – Kürşad Ercan öz əməkdaşına məsələni aydınladmağa çalışdı. - Düşməndən bundan artığını gözləmək ağılsızlıq olar! Təbii ki, onlar bizi yaxşı tanıyır və ona görə davranırlar! - Türkün milli iradəsi, xarakteri və savaş qaydasını bilən düşmən yüzillərdir min cür iyrənc əməllərlə bizi yolumuzdan, milli ideologiyamızdan sapdırmaq istəyib. Ancaq hər dəfə məğlub olduğu üçün bu səfər tamam fərqli bir hiyləgərliklə, oyunla qarşımıza çıxıb. – qəhvəsini fikirli halda içən Kürşad bəy uzaqdakı Türkiyə bayrağına baxaraq cavab verdi. - Türkün yolu Haqq yoludur! Məhz bunu anlamaq istəməyən düşmən bizi yolumuzdan sapdırmaq və öz xislətinə qurban etmək istəyir. – ciddi baxışlarıyla komandirinin diqqətini çəkən Mete Aydın bildirdi. - Nə etsələr də bacarmayacaqlar! – gülümsəyərək qəhvəsini içən Kürşad Ercan Meteyə göz vurdu. - Amma mən düşünürəm ki, hazırkı düşmən dövlətləri tamamən məhv olana qədər bu savaş davam edəcək! – Mete ciddiyətlə komandirinə cavab verdi. - Məsələ dövlətlər deyil! Dövlətlər tez-tez qurulur, dağılır! Məsələ, zaman-zaman dövlətləri idarə edən hiyləgər təşkilatlar və onların arxasındakı murdar xislətli ticarətçilərdir. Onları və onları idarə edən ailələri məhv etmək etmək ancaq bu savaşın taleyini bizim xeyrimizə həll edə bilər! Komandirinin son açıqlamasından heyrətə gələn Mete qəhvəsini içib qurtardıqdan sonra nəsə düşünüb Kürşada doğru yönəldi: - İndi biz nə edəcəyik?! - Təbii ki, ən yaxşı bildiyimiz şeyi – o ailələri aşkar edənə qədər savaşacağıq! Onlarla, bəlkə də yüzlərlə təşkilatlar hədəfimiz olacaq, ancaq sonda hazırkı dövlətlərin arxasında köstəbək kimi gizlənən şəxsləri, ailələri meydana çıxarıb məhv edəcəyik! Mete Aydın dərin baxışlarla ətrafı seyr edən komandirinə heyranlıqla baxırdı. Onun həyati təcrübəsindən daha çox yararlanmağı və getdiyi çoxsaylı əməliyyatlarda qazandığı uğurlardan dərs götürməyi özü üçün bir məktəb kimi qəbul edirdi. Kürşad Ercan və onun daxil olduğu gizli milli təşkilat Mete Aydın üçün milli mürazidəki güvənc yeri idi. Bundan əvvəl “Elçi” kod adıyla həyata keçirdiyi və uğur qazandığı böyük əməliyyat zamanı hər şeyi daha dərindən dərk etmişdi çünki... Milli Kəşfiyyatın rəhbər üzvlərindən olan Tarık Erbulan gecə saatlarında naməlum bir generalla görüşdü. Onlar son zamanlar ölkə və ölkə xaricində baş verənləri müzakirə etdilər. Generalın narahatlığı hər halından bəlli idi. Tarık bəysə özünü soyuqqanlı aparmağa çalışırdı. Sonda bir qərar verildi. Və o qərara əsasən hazırda həbsdə olan keçmiş nazir “F.S.” öldürüləcəkdi... *BİRİNCİ BÖLÜMÜN SONU* Geri dön |