Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Türk Dünyası Transplantoloqları Cəmiyyətinin üçüncü konqresində Azərbaycan da təmsil olunur
Türk Dünyası Transplantoloqları Cəmiyyətinin üçüncü konqresində Azərbaycan da təmsil olunur |
Daşkənddə Türk Dünyası Transplantoloqları Cəmiyyətinin üçüncü konqresi keçirilib.
Tədbirdə türk dünyası ilə yanaşı, Avropa və Asiya ölkələrindən gələn 120 tanınmış mütəxəssis iştirak edib. Ölkəmizi bu tədbirdə Azərbaycan Səhiyyə Nazirliyinin baş nefroloqu, akademik M.C. Cavadzadə adına Respublika Uroloji Xəstəxanasının şöbə müdiri Fariz Babayevin rəhbərliyi ilə 10 həkimdən ibarət nümayəndə heyəti təmsil edib. Tədbirdə deyilib ki, müasir tibdə transplantologiya, yəni orqan köçürülməsi insan sağlamlığında ağır fəsadlar yaradan xəstəliklərin müalicəsi üçün böyük imkanlar yaradır. Dünyada hər il 136 min xəstəyə orqan köçürülür. Fariz Babayev konqresdə Azərbaycanda böyrək çatışmazlığı və ondan irəli gələn böyrək transplantologiyasının problemləri ilə bağlı çıxış edib. O öz çıxışında deyib ki, Azərbaycanda böyrək çatışmazlığı problemi ilə bağlı Dövlət Proqramı qəbul edilib. Bu proqrama uyğun olaraq Bakıda və regionlarda dializ mərkəzlərinin yaradılmasına başlanılıb və dializə ehtiyacı olan xəstələrin hamısı dövlət hesabına pulsuz müalicə alırlar. Qulu Kəngərli Geri dön |