Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Ələkçinin öz həmdəmi, qulu var...
Ələkçinin öz həmdəmi, qulu var... |
Ələkçiyə iynə-sapı kim verir,
Nəyə lazım ələkçiyə iynə-sap? Ələkçinin iynəsi də, sapı da Elə bilmə, göydən düşür tappatap.... * Ələkçinin iynə-sapın verən var, Nəyə lazım bildirmələr,elanlar. Bu adamı tanıyan yox,görən yox, Ortalıqda gəzir boş-boş gümanlar... * Ələkçiyə gül də versən xeyri yox, Ələkçiyə mil də versən xeyri yox, Bildiyini dədəsinə öyrətməz, Dostu olub, əl də versən xeyri yox. * Danışdırma, tərslik düşüb boynuna, Düşməyəsən gərək onun oynuna. Təəccüblə gözlərini döyəcək, Çarpaz edib, əllərini qoynuna. * Ələkçinin öz həmdəmi, qulu var, Peşəsindən qazadığı pulu var. Aralı dur, heç başını ağrıtma, Ələkçinin ona məlum yolu var. * Ələkçiyə yol azanda yol göstər, Çəpərinə vurmaq üşün kol göstər. Hər nəsnədən toxumasın ələyin, Ələkçiyə ələk üçün mal göstər. * Geri dön |