Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > “Erməni soyqırımı” hardan qaynaqlandı?! IV HİSSƏ
“Erməni soyqırımı” hardan qaynaqlandı?! IV HİSSƏ |
Anti-Türk təbliğatının modeli...
yenə ingilis barmağı... Anti-Türk tarixi, Türkə nifrət təbliğatının mənbəyi, 20 fevral 1920- ci ildə “The Times” qəzetində çıxan bir məqalə ilə başladı. Məqalənin müəllifi Mark Sykes idi. Güya Türklərin 700 min erməni öldürməsini ilk dəfə bu Sykes dilə gətirdi. Mark Sykes məqaləsində yazırdı: “ ...bir daha bu Gənc Türkə Alman uniforması ilə baxın. Alman militar səsi ilə, Alman Texniki elmiylə yetişmiş Gənc Türk. Alman professorları ona kütlə təbliğatı, siyasət və partlayıcılardan istifadə öyrətmiş... 2,5 ildir ki, qətliamlar yapdı, xəyanətlər etdi, bütün andlaşmaları ləğv etdi, müharibədə əsir düşən əsgərlərimizi qətl etdi, yaralılarımızı öldürdü, qadınlarımızı girov götürdü, buna baxmayaraq hələ də bəziləri “təmiz döyüşçü Türk (clean fighitinq Turk)”deyir... Bu Türklər 700 min ermənini qətl etdilər, Livanda aclıq və səfillik yaratdılar, Yəhudi kolonistləri yox etdilər...” Sykesın “ The Times ” qəzetində çap edilən bu məqaləsini 100.000 nüsxə təkrar çap etdilər. Onun 30 min ədədi ABŞ-a göndərildi. Sykesın qəzetdə dərc edilən məktubu ermənilərin öldürülməsini təməl qaynaq alaraq Anti-Türk kampaniyasının mənbəyi oldu, əsas model olaraq qəbul edildi (shf. 207). Təbii ki, bu Mark Sykesın məqalədə yazdıqları yalan, böhtan, heç bir rəsmi və qeyri-rəsmi əsası olmayan iftiradan başqa bir şey deyildi. Mən- Əli Kərimbəyli, bu sətirlərin müəllifi, İstambulda, Osmanlı arxivində müxtəlif sənədlərə baxmaq üçün dəfələrlə olmuşam. Öz gözlərimlə gördüyüm sənəddə rəsmi Osmanlı təəbəsi olan ermənilərin sayının 1905- ci ildə 1.250.000 nəfər olduğunu görmüşəm. Əgər bunların güya 1915-ci ildə, 700.000 nəfərini Türklər öldürmüş olsaydı, o zaman Osmanlı coğrafiyasında demək olar ki, erməni qurtarardı. Ermənilərin etdiyi xəyanətlər, qətliamlar, soyqırımları, təxribatlar, törətdiyi terror aktları bu gün göz qabağındadır. Mark öz sərsəm məktubunda yazır ki, güya Türklər əsir düşən əsgərləri qətl etdi. Bu məsələ hərbi məsələdir, bu generallara aid olan işdir, bəs Mark bunu hardan bilirdi? Güya qadınları girov götürmüşlər, harda, qadınlar milliyətcə kim idi, ingilismi?! İngilis qadınları müharibənin qızğın vaxtı Türkiyədə nə gəzirdi? Livanda aclıq yaratdılar, Mark Livanda yaşayan ərəblərin nə yaman təəssübünü çəkirmiş, Türkə böhtan atmaq üçün eləmi? Halbuki ərəblər nə qədər ki, türk qılıncı və İslam bayrağı ilə qorunurdu, yaşayır, çiçəklənirdi. Necə ki, Osmanlı nəzarətindən çıxıb güya müstəqil dövlət oldular, gah ingilislərin, gah fransızların... indi də amerikanların təsiri və təzyiqi altında pərişan durumdadırlar. Fələstin, İraq, Livan və s. ərəb ölkələri inqilab içindədir - bunlar hamısı ingilis və fransız sömürgəsinin ənənəsindən bezən ərəb xalqıdır. Bu ərəbləri həm yerli əldəqayırma kapitalistlər və Səddam Hüseyn kimi despotlar sömürür, həm də müxtəlif şirkət sahibi olan avropalı kolonialist “iş adamları” sömürür, lazım gəldikcə ərəbləri təhqir edir, ələ salırlar. Azərbaycanda iki avropalı mühəndis azərbaycanlı fəhləni döymüşdü. Yəni lovğa və özündən razı ingilislər təkcə özlərinə qarşı inqilab etmirlər, həm də bu imperialist sömürgəyə etiraz əlaməti olaraq inqilab edirlər. O ki, qaldı Markın yəhudilər haqqında sərsəm yalanına, bütün yəhudi aləmi Markdan yaxşı bilir ki, İslam dünyaya gəldiyi vaxtdan yəhudiləri müsəlmanlar müdafiə etmişdir, amma Osmanlı hökmdarı Sultan IV Murad dünya yəhudilərini, “hörmətli - çoxbilmiş” Markın tayfası olan ingilislərin XII-XVI əsrlərdə, fransızların XII-XVI əsrlərdə, ispanların XV-XVI əsrlərdə, italyanların XV-XVI əsrlərdə, almanların - XX əsrdə ( Adolf Hitler) diri-diri “yeres” bəhanəsiylə odda yandırdığı bir vaxtda onları Osmanlı təəbəsi elan etmişdi və yəhudiləri məhz Türklər xristian Avropanın kütləvi soyqırımından xilas etdi. Türklərin bu xilaskarlıq missiyaları tarixin yaddaşında rəsmi möhürlü sənədlər-bəlgələrlə qalmışdır. Mark, o yəhudi koloniyası harda idi? Yəqin sən məzarda deyilsən-danışdığın yalanlara, atdığın böhtanlara görə ruhun əbədi alov içindədir... Bu qədər şər-böhtana görə cəhənnəmlə mükafatlanmısan... Osmanlı Türkiyəsini o zaman bölə bilməyən imperiyaiştahlı Qərbin mürtəce dairələri indi də saxta erməni soyqırımına bir kürd məsələsi də əlavə ediblər. Məqsəd - yüksək sürətlə inkişaf etməkdə olan Türkiyə Cümhuriyyətinin inkişafını pozsun. Yalnız ona görə ki, bu müsəlman ölkəsidir və Türk Dünyasını zəlil etsin - çünki müsəlmanıq, inkişafı bacardığı yollarla əngəlləsin - çünki müsəlmanıq. Məsələn, əgər ingilislər Azərbaycanın iqtisadi inkişafını ürəkdən istəyirsə niyə Azərbaycandan nefti xammal şəkilində alır?! Azərbaycanda onsuz da neftayırma zavodları var, əgər azdırsa və ya modern texnologiyaya sahib deyilsə elə burada yeni zavodlar tiksin, Azərbaycan neftini xammal kimi yox, son məhsul kimi satsın və ya alsın. Elə olsa Azərbaycanda saysız-hesabsız iş yerləri açılar, işləyən insanlar yaxşı maaş alarlar, Azərbaycan vətəndaşının rifah halı sürətlə yüksələr. Onda Qarabağ məsələsi öz-özünə həll edilər. Əli KƏrimbəyli /AMEA/ Geri dön |